BAKI, 8 oktyabr. TELEQRAF
Sərt qənaət tədbirlərinə görə tənqidlərə məruz qalan Argentina Prezidenti Xavyer Milei kitab təqdimatı zamanı səhnəyə çıxaraq rok stilində mahnılar oxuyub, siyasi şüarlar səsləndirib.
Teleqraf xəbər verir ki, Buenos Ayresdəki Movistar Arenada qalmaqallı "Möcüzənin yaradılması" kitabın təqdimat mərasimi keçirilib.
Xavyer Milei ABŞ Prezidenti Donald Tramp kimi çıxışlar edib.
"Bu hökumətin heç vaxt sakitləşdirə bilməyəcəyi bir şey bizim islahatçı mövqeyimizdir, çünki biz Argentinanı dünyanın ən azad ölkəsi və yenidən möhtəşəm edəcəyik. Beləliklə, ya azadlıq zəfər çalacaq, ya da Argentina geriləyəcək" - deyə Milei qeyd edib.
Milei səhnədə mahnılar oxuyub.
Prezidentin səhnədəki çıxışı zamanı arenadan çöldə iki siyasi qrup arasında toqquşma olub. Mileinin tərəfdarları və əleyhdarları arasında gərginlik yaşanıb. Polis insidentə müdaxilə edib.