
BAKI, 27 fevral. TELEQRAF
“Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi ABŞ-ni Rusiya ilə münaqişəyə sürükləyə bilər”.
Teleqraf xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson özünün "YouTube" kanalında deyib.
Onun sözlərinə görə, əgər ABŞ administrasiyası Zelenskinin istədiyi təhlükəsizlik zəmanətini versə, bu, Rusiya ilə müharibəyə gətirib çıxaracaq: “ABŞ prezidenti Ukrayna ilə bağlı sülh sazişinin əldə edilməsi üçün Rusiyanın da güzəştə getməli olduğunu iddia edir. Bu absurddur. Putinin heç kimə borcu yoxdur. Rusiya və Putin Qərbin təzyiqi altında deyil - onlar qalib gəlir”.