
BAKI, 27 fevral. TELEQRAF
Qəzza zolağında ən azı 15 uşaq hipotermiya və bununla bağlı ağırlaşmalardan ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Xəbərdə qeyd edilib ki, müvəqqəti sığınacaqların, yanacağın olmaması və bölgədəki kəskin soyuqlar yüzlərlə fələstinli ailə üçün ölümcül təhlükəyə çevirib.
Məlumata görə, anklavdakı minlərlə qaçqının sığınacaqlarını qızdırmaq imkanı yoxdur. Bu da ilk növbədə uşaqlar arasında çoxsaylı hipotermiya hallarına səbəb olur.