BAKI, 27 fevral. TELEQRAF

Türkiyə hakimiyyəti yaya qədər Ukraynadakı münaqişənin həlli istiqamətində konkret addımların atılacağını gözləyir.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara Ukraynadakı münaqişəyə son qoymaq üçün ABŞ və Rusiyanın ortaya siyasi iradə qoyacaqlarına inanır.

Nazir əlavə edib ki, hazırda məsələ ilə bağlı dialoq mexanizmi formalaşdırılır.