Krım körpüsündəki partlayışın nəticələri ilə əlaqədar Rusiya Ukraynanın cənubundakı hərbçilərini təchizatla təmin etmək getdikcə çətinlik çəkir.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının Ukraynadakı müharibə ilə bağlı icmalında deyilib.
“Oktyabrın 8-də Krım körpüsünün zədələnməsindən sonra Ukraynanın cənubundakı Rusiya qüvvələri üçün maddi-texniki problemlər daha da artacaq. Bərpa işləri davam edir, körpü qismən hərəkətə açıqdır, lakin bir çox yük maşınları hələ də növbə gözləyir”, - icmalda qeyd olunub.
Ekspertlər vurğulayıblar ki, ruslar Krım körpüsü ilə bağlı problemi kompensasiya etmək üçün Mariupol vasitəsilə qurudan tədarükün intensivliyini artırır:
"Bu marşrut ruslar üçün getdikcə əhəmiyyət kəsb edir, çünki Xerson istiqamətində çoxlu qoşun var və Krım vasitəsilə çatdırılma çətinləşib. Melitopol logistika mərkəzidir və orada Rusiya aviasiyasının əhəmiyyətli iştirakı var”.