Türkiyənin Konya vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Teleqraf.com-un məlumatına görə, qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Məlum olub ki, təyyarə "Türk ulduzları" aviaakrobatika qrupuna məxsus NF-5 təyyarəsidir. Qəza təlim zamanı baş verib.