Mühafizəkarların düşərgəsində müəyyən bir qism siyasətçilər vardır ki, onlar Rusiya prezidenti Vladimir Putini bütün parametrləri ilə Barak Obamadan üstün və eyni zamanda incə bir strateq kimi təsvir edirdilər.

 Bu mövqe, Krımın ilhaqından və Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləyə başlamasından sonra, daha da güc qazanmışdı. Həmin baxışların mərkəzi bazası Mitt Romninin düşərgəsi sayılır. Çünki hələ özünün prezidentlik uğrundakı seçki kampaniyası zamanı M.Romni Obamanın apardığı xarici siyasəti tənqid edərək, onu sadəlövhlükdə günahlandırdı. M.Romni öz çıxışlarında Rusiyanı ABŞ üçün bir nömrəli təhlükə adlandırırdı. Amma belə yanaşmalara son dövrlərdə daha nadir hallarda rast gəlinir ki, bunun da əsaslı səbəbləri var. Putinin Ukraynadakı hərəkətləri mütləq mənada həm diplomatik və həm də ki, iqtisadi baxımdan fəlakətlə nəticələnib. Əgər biz Rusiyanın daxili vəziyyətindən söz salsaq, onda deyə bilərik ki, çox tezliklə Putin öz mövqeyindən məhrum ola bilər. Rusiya üzrə tanınmış ekspert Anders Aslund rus iqtisadiyyatının indiki vəziyyətinin ümidsiz olmasını düşünür. Aslund bildirir ki, onun Rusiya iqtisadiyyatına baxışı xeyli pessimistdir. Aslundun fikrinə görə Rusiyaya qarşı “üçqat” zərbə vurulub.

Birincisi – Söhbət proteksionizm və tayfa-klan kapitalizmini özündə birləşdirən daxili siyasətdən gedir. Bu xüsusda Putinin kleptokratiyası(oğruların hakimiyyəti) çiçəklənir.

İkincisi – Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qərbin ona qarşı tətbiq etdiyi sanksiyalar rus iqtisadiyyatına ciddi ziyan vurur. Nəticədə Rusiyanın xarici borcunu yenidən maliyyələşdirmə siyasətini həyata keçirmək mümkün olmur və hökumətin əlindəki valyuta ehtiyyatı sürətlə əriyir.

Bütün bunların hamısı Rusiya üçün “ÜÇ NÖMRƏLİ” zərbə sayılan neft qiymətinin aşağı düşməsinin öhdəsindən onun iqtisadiyyatının gələ bilməsini mümkünsüz edir. Rublun məzənnəsinin aşağı düşmə trayektoriyası, neftin qiymətinin aşağı düşmə trayektoriyasını təkrarlayır. Ona görə də, müəyyən mənada neftin qiymətinin aşağı yuvarlanmasını Rusiya iqtisadiyyatına münasibətdə “neytral təsir” də adlandıra bilərik. Lakin bu yalnız nisbətən belədir. Aslund bu barədə yazıb: ”Əsas problem – iqtisadi artım tempinin və həyat səviyyəsinin aşağı düşməsidir. Aşağı məzənnəli rubl proteksionizm siyasəti ilə birlikdə hazırda 8,5% təşkil edən infliyasiyanı yüksəldəcək. Belə bir şərait ölkədəki kapital axınının sürətinə vüsət verəcək. Əgər bu ilin əvvəlində Rusiya iqtisadiyyatının böyümə tempi 2,5% səviyyəsində proqnozlaşdırılırdısa, indi bu göstəricinin sıfıra yaxınlaşması barəsində danışılır”.

Putin son gücü ilə yaranmış vəziyyətə nəzarət etməyə cəhd göstərir. Keçən həftə o, Rusiya Federal Məclisində “Ekonomist” jurnalının “peyğəmbərcəsinə müraciət” adlandırdığı müdafiə xüsussiyyətli çıxışında, Rusiyanın bütün bədbəxtçiliklərinin arxasında Amerikanın düşmənçilik və qısqanclıq siyasətinin dayandığını bəyan etmişdi. Ancaq Rusiyanın problemləri çox aydın görünür və onları həyat səviyyəsinin kəskin düşməsini müşahidə edən və artıq müharibədən də usanmış sadə vətəndaşlardan gizlətmək xeyli mürəkkəbləşir.

Rusiya hakimiyyətinə olan böyük inam sürətlə zəifləyir. İqtisadi geriləmə durdurulmadığı təqdirdə Putin mütləq hərəkətə keçməlidir. Vəziyyətdən ilk çıxış yolu kimi ruslar, Ukrayna ərazisini təcili tərk etməlidirlər. Putinin atacağı belə bir addım sanksiyaların dayandırılmasına yol aça bilər.

“Los Angeles Times”

 Azpolitika.info

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti