|
1947-ci ildə Böyük Britaniyanın Baş naziri Uinston Çörçil ABŞ-a SSRİ-yə nüvə bombası ataraq “soyuq müharibə”yə son qoymaq üçün müraciət edib.
Bu barədə informasiyanı “The Daily Mail” qəzeti yayıb.
Qəzet Çörçilin öz müraciətini respublikaçı senator Staylza Bridces vasitəsiylə o zamankı Prezident Harri Trumenə çatdırmaq istədiyini bildirib. Baş nazir müraciətində əsas hədəfin Kreml olduğunu deyib. Çörçil bunun edilməyəcəyi halda SSRİ-nin nüvə silahına sahib olacağına söyləyib. (axar.az)
Teleqraf.az