1990-cı il noyabrın 7-də SSRI-nin ilk prezidenti Mixail Sergeyeviç Qorbaçova qarşı olunan sui-qəsd baş tutsaydı, bəlkə də SSRİ-nin taleyi başqa səmtə yönələcəkdi.

Bəs Qorbaçovun həyatına son qoymaqla tarixi öz axarından çıxarmaq istəyən şəxs kim olub? Aleksandr Şmonovu bu addımı atmağa hansı hadisələr vadar edib? 

Teleqraf.az xəbər verir ki,modern.az saytı baş tutmayan müdhiş planın müəllifini sizlərə tanıdır.

1952-ci ildə Leninqradda anadan olan Aleksandr Şmonov ordu sıralarından tərxis olunduqdan sonra Leninqrad vilayətinin tabeliyində olan Kolpino şəhərindəki “İjor” zavodunda çilingər işləyib. 1980-ci illərin ikinci yarısından Şmonov Rusiya Sosial-demokrat Partiyasının sıralarına daxil olub. Elə həmin dövrdən də Qorbaçov siyasətinə qarşı tənqidi fikirləri ilə təbliğat aparıb. Artıq 1990-cı ilin əvvəllərindən o, gizli şəkildə Qorbaçovun məhv edilməsinin labüd olmağı ilə bağlı vərəqələrin paylanmasına nail olub. Nəhayət siyasi mübarizənin sonuncu addımı kimi ölkənin birinci şəxsini öldürməyə qərar verib.

Şmonov sui-qəsdi reallaşdırmaq üçün həmin dövrdə SSRİ-də çətin tapılan alman istehsalı olan qoşa lüləli tüfəng alıb. O bu silahın alınmasına 900 rubl xərcləyib. Silahla rahat hərəkət etmək üçün Şmonov tüfəngin lüləsini kəsərək, onu qısaldıb. Sui-qəsdi həyata keçirmək üçün ən münasib vaxtın noyabrın 7-də Qızıl Meydanda keçirilən nümayiş  olduğunu müəyyənləşdirən Şmonov öz xarici görünüşünü dəyişmək haqda da düşünüb. O bu məqsədlə parik və süni bığ əldə edib.

Noyabrın 5-də Aleksandr Şmonov Moskvada gəlib. Noyabrın 7-də səhər hazır vəziyyətdə nümayiş iştirakçılarının arasında özünə mövqe seçib.

Saat 11:09-da Şmonov nümayişçilərlə birlikdə başda Qorbaçov olmaqla SSRİ rəhbərliyinin dayandığı mavzoley tribunasına yaxınlaşıb. Tribunaya 45-50 metr qalmış Şmonov silahı çıxararaq atəş açıb. Ancaq elə həmin andaca milis serjantı Mılnikov cəld hərəkəti ilə silahın səmtini dəyişə bilib. Açılan atəşdən biri havaya uçub, digəri isə univermaq binasının divarına dəyib. 

Ekspertlərin verdikləri rəylə görə bu sui-qəsdlə Qorbaçovun öldürülməsi mümkünsüz sayılıb. Çünki Qorbaçovun altdan zirehli geyimi olub. Digər bir tərəfdən isə silahın lülələri həddindən artıq çox kəsilib.

Aleksandr Şmonov törətdiyi hadisədən əvvəl kiçik bir yazı qoyub: “Əgər bu hadisə zamanı ölərəmsə, əvvəlcədən məlumat üçün bildirirəm ki, mən SSRİ prezidenti Mixail Qorbaçovu öldürmək istəyirdim”.

Aleksandr Şmonov sonrakı ifadələrində qeyd edib ki, Qorbaçovu öldürməyə nail olsaydı, elə həmin andaca ikinci hədəfi SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanov olacaqdı.

Qorbaçova qarşı hansı səbəbdən sui-qəsd törətmək istədiyi ilə bağlı suala Şmonov belə cavab verib:

- Mən Qorbaçovun SSRİ-də yaratdığı totalitar rejiminə qarşı mübarizə aparırdım. 1989-cu ilin aprelin 9-da Tbilisidə, 1990-cı ilin yanvarın 20-də Bakıda törədilmiş qırğınlar zamanı günahsız insanların ölümü məni bu addımı atmağa vadar etdi. Bütün bu hadisələrin günahkarı məhz Qorbaçovdur. Bunlara görə mən Qorbaçovu fiziki cəhətdən məhv etmək istəyirdim. Törətdiyim əmələ görə isə heç bir peşimançılıq hissi keçirmirəm.

Həbs olunan Aleksandr Şmonov 1 ilə yaxın türmədə qaldıqdan sonra onu ruhi xəstə kimi psixiatriya xəstəxanasına göndəriblər. Ömrünün 4 ilini xəstəxanada keçirdikdən sonra o sərbəstliyə çıxıb.

Aleksandr Şmonov azadlığa çıxdıqdan sonra çilingər işləyib, daha sonra şəxsi təmir-tikinti şirkəti yaradıb. Bir neçə ildən sonra isə yenidən ictimai fəaliyyətə başlayıb. 1999-cu ildə Dövlət Dumasına seçkilərə qatılmaq istəyib. Ancaq yerli seçki dairəsindən qeydiyyata alınmağında problemlər yaranıb. Bundan sonra o insan hüquqlarının müdafiəsi ilə məşğul olub və bir neçə ictimai-siyasi təşkilat yaradıb.

1990-cı il noyabrın 7-də Mixail Qorbaçova qarşı sui-qəsd hadisəsi ilə bağlı ictimaiyyətə geniş məlumat verilməyib. Elə həmin günün axşamı “Vremya” xəbərlər proqramında belə bir qısa bir informasiya səsləndirilib: “Bayram nümayişi zamanı Qızıl Meydanın univermaq ərazisində atəş səsləri eşidilib. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin mətbuat xidmətinin məlumatına görə, ov tüfəngindən havaya iki dəfə atəş açan Leninqrad sakini saxlanılıb. Zərərçəkən olmayıb. Araşdırma aparılır”. 

Halbuki, bu hadisənin qurbanı SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov olmalıydı..

 

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti