“Azərbaycan iqtidarının xarici siyasət kursu rəsmi Türkiyənin xarici siyasət anlayışından xeyli əsaslandırılımış və daha məntiqlidir”.

Teleqraf.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa İŞİD tərəfindən əsir götürülmüş türkiyəli diplomatlar məsələsinə toxunarkən deyib.

O, Əhməd Davudoğlunun Baş nazir olmasının Türkiyə üçün faydalı olacağını düşünənlərin az olmadığını və nazirin ziyalı və strateji düşüncə mütəxəssisi kimliyi ilə tanındığını bildirib:

“Maraqlı tədqiqatları var. Lakin bu gün cənab Ərdoğanın xarici siyasətdə uğursuzluqlarının səbəbkarı da bilavasitə cənab Davudoğlu sayıla bilər. İlk əvvəllər cənab Davudoğlunun memarlığında Avropa Birliyinə daxil olma kursunu israrla aparan cənab Ərdoğanın fikrincə, bu kursu daha sakit və ardıcıl aparması zəruri idi. AB-də təbii ki, Türkiyəni istəməyən qüvvəllər var, ancaq məncə, Türkiyə bu quruma daha çox ehtiyacı duyur. Ən əsası da buraya daxil olmasa belə, Avropa standartlarını əsasən mənimsəməsi baxımından vacib idi. Əvəzində Türkiyə məhz xarici siyasətdə ideoloji prinsiplərdən çıxış etməyə üstünlük verdi və bunu Yaxın Şərqdə tətbiq etməyə çalışdı. Avropanın da Türkiyə ilə münasibətdə çəkindiyi məqam məhz bu idi”.

Millət vəkilinin fikrincə, bu gün Azərbaycan iqtidarının xarici siyasət kursu rəsmi Türkiyənin xarici siyasət anlayışından xeyli əsaslandırılımış və daha məntiqlidir:

“Daxili siyasətdə razılaşmadığımız xeyli məqamlar var, ancaq xarici siyasətimiz daha realistdir. Türkiyənin xarici siyasətində macəraçılıq amili o qədər yüksəkdir ki, bu qardaş ölkə hətta ən zəif vaxtlarında belə, sahib olduğu imkanları ard-arda itirməyə başlayır. Opponentlik etmək istəyənlər Rusiya, Ermənistan, Suriya, Misir, İzrail, Ərəb neft dövlətləri, Qafqazlar, Orta Asiya coğrafiyasında Türkiyənin təsir gücünü və yerini tapmağa çalışsınlar. Cənab Davudoğlunun Konyada seçki ərəfəsindəki bir çıxışını dinləyəndən sonra bu optimist macəraçılığı məni heyrətləndirdi və cənab Ərdoğanın öz seçki kampaniyasında bu poetik mülahizələri necə bəlağətlə tərənnüm etdiyini sezdim. İsrail doqquz vətəndaşını öldürür, İŞİD 49 diplomatını aylarla girov saxlayır, səsin çıxmır, əvəzində İraqın yenidən tərtibatında ABŞ guya düşmən olduğu İrana yaşıl işıq yandırır. Onlarla bu kimi misal artırmaq mümkündür. Bəlkə özlərinin bildikləri daha doğru məqamlar var. Təəssüf ki, mən də hər zaman düşünmüşəm ki, qosqoca Türkiyəmizdə arxa planda A variantından başqa B, C, D variantları da mütləq vardır. Ancaq sonra gördüm ki, ifrat ideoloji qafalarda əlifba yalnız bir hərflə başlayıb, həmin hərflə də bitir”.

 

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti