|
Bakıda Qazaxıstan vətəndaşı avtomobillə vurulub.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 13-də saat 14 radələrində Səbail rayonu Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə Qazaxıstan vətəndaşı, azyaşlı Əminə Nəbiyeva vurulub. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib.
Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.