|
”İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondununilə birgə 31 oktyabr – 4 noyabr 2014-cü il tarixləri aralığında “Mənim Gənclər Təşkilatım” layihəsinə start veriləcəkdir.
Teleqraf.az-ın xəbərinə görə,“Mənim Gənclər Təşkilatım” layihəsi ümumilikdə gənclər təşkilatının quruculuğunu, onun strukturunun formalaşdırılması yönündə həyata keçirilən bir layihədir. Layihə çərçivəsində müəyyən bir gənclər təşkilatının tam şəkildə fəaliyyət göstərməsi və inkişaf etməsi üçün, lazım olan katibliklərdən ibarət komandalar formalaşacaq. Layihənin düşərgə formatında keçirilməsi nəzərdə tutulub.
Ümumilikdə gənclər təşkilatları mövcud olmayan 7region gənclərini əhatə edəcək olan layihənin əsas məqsədi təşkilatın quruculuğu, onun strukturu, işləmə mexanizmi, idarə olunmasında yaxından tanış olunması, gənclərin iştirakı və maarifləndirilməsi, gənclərin layihədə iştirakını artırmaqla onların inkişafına dəstək olmaqdır. Həmçinin layihə çərçivəsində yeni təlim modulunun yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə “Mənim Gənclər Təşkilatım” layihəsinin keçirilməsi nəzərdə tutulub. Layihənin seçim prosesində “Ərizə Forması”, psixoloji testlər, müsahibələr və telefon danışıqlarından istifadə olunacaqdır.
Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır
Samir Aslan