|
“Axın” İctimai Birliyinin bir qrup üzvü Bakıda yerləşən uşaq evlərindən birinin qonağı oldu.
“Axın” İctimai Birliyinin bir qrup üzvü Bakıda yerləşən uşaq evlərindən birinin qonağı oldu. Öz aralarında müəyyən məbləğ toplayıb uşaqları sevindirmək üçün əllərindən gələni etdilər. Ərzaq, geyim bir sözlə - nəyə gücləri çatır hədiyyə apardılar.
Musiqili görüşdə uşaqların sevinci üzlərindən oxunurdu. Hətta mikrofon alıb mahnı oxuyan uşaqlar da oldu.
Valideyn sevgisindən-şəfqətindən əksik qalan bu uşaqları biz-adi vətəndaşlar diqqətdən kənar qoymamalıyıq.