|
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Gəncə şəhərində keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, sentyabrın 26-dan sentyabrın 29-na keçirilib.
Teleqraf.az-ın verdiyi xəbərə görə, S.Müslümov həmin gün saat 10:00-da Nazirliyin Gəncə şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar info@mlspp.gov.az elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (022) 265-11-81 (Gəncə şəhər ƏSMM), (022) 205-42-43 (Göygöl rayon ƏSMM), (022) 275-10-12 (Samux rayon ƏSMM), (022) 215-30-40 (Daşkəsən rayon ƏSMM), (022) 236-21-33 (Tərtər rayon ƏSMM), (022) 257-48-94 (Kəlbəcər rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhərinə aparılıb gətirilmələri təmin olunacaqdır.