|
Abşeron rayonunda iki kirayənişinin mübahisəsi qanlı sonluqla yekunlaşıb.
Qonşuların səs-küyünü götürməyən 37 yaşlı Emin Orucov sonda öz emosiyalarının hakim ola bilməyib. Emin Orucovun sözlərinə görə, bir müddətdir yaşadığı Şamaxı rayonundan işləmək üçün Abşeron rayonu, Mehtiabad qəsəbəsinə gəlib. Qohumları ilə kirayə ev tutan Emin, onunla eyni həyətdə qalan 21 yaşlı Fərrux Qasımovla yola gedə bilməyib. Nəticədə hər iki tərəf arasında yaranan söz mübahisəsi sonda davaya çevrilib.
Bu azmış kimi tərəflərin yenidən mübahisəsi düşür. Yenidən əlbəyaxa olan qonşular daha sonra he çnə olmamış kimi yollarına davam edib. Döyülməsini həzm edə bilməyən Fərrux Qasımov məsələdən böyük qardaşı Elçini də agah edib. Elçin də öz növbəsində qardaşına havadar olmaq üçün üz tutub qardaşının yanına və Emin Orucovla onun qohumlarını tapıb. Söz söhbətə son qoymaq üçün yer təyin edib görəşən tərəflər, sonda yumruqları işə salıblar.
Saxlanılan şəxs Elçin Qasımov deyir ki, onlar bizi vurdular, mən də bıçağı çıxardım vurdum.
Hadisə zamanı bıçaq yarası alan Ülvi Allahverdiyev xəsətəxanaya yerləşdirildiyi halda Qasımov qardaşları isə ərazidən yayınıblar.
Hazırda faktla bağlı rayon polis şöbəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb. Tibbi ekspertizanın verəcəyi rəydən sonra tərəflərə əlavə ittihamın irəli sürüləcyi də istisna edilmir.