Yeni təhsli ilinin başlanğıcı deyəsən bəzi təhsil müəssələrində və təhsil idarələrində heç də sakit, səssiz-küysüz olmayacaq.

Təhsildə aparılan dəyişikliklər və yoxlamalar bir çoxlarının eyblərini üzə çıxardıb, bir çoxlarının isə qanunsuz fəaliiyətlərini ifşa edib. Elə Şəmkir rayon təhsil şəbəsində kimi. Artıq neçə gündür rayon ərazisindəki məktəblərdə qalaqlanmış problemlem və neqativ hallarla bağlı KİV-lərdə ardı arası kəsilməyən məlumatlar getməkdədir. Hətta, bunların içərsində elə məlumatlar da yer aldı ki, baş verən hadisələri nə milli mentalitetimizə, milli dəyərlərimizə, nə də əxlaı normalara sığışdırmaq mümkün olmadı. Məsələn, ötən həftə məlumat yayıldı ki, Şəmkirin Mahmudlu kəndində 1956-ci il təvəllüdlü Cəfərov Ramiz adlı məktəb direktoru ilə həmin məktəbdə uşaq təşkilatının rəhbəri çalışan 35 yaşlı xanımla eşq məcarası acı sonluqla bitib. Mediaxeberleri.az xəbər verir ki, KİV-lərin məlumatına görə, xanımın telefonunda direktorun eşq dolu mesajlarını ələ keçirən əri onu bıçaqlayaraq xəstəxanalıq edib. Hazırda həmin xanım Bakıdakı xəstəxanaların birində yatır. Qadının ərini isə bu əməlinə görə həbs edib, barəsində cinayət işi açıblar. Ortada isə bir azyaşlı uşaq qalıb. Kənd cammatı isə öz işçisi ilə eşq məcarası yaşayan direktorun nəinki tutduğu vəzifəsindən, hətta pedoqoji fəaliyyətdən uzaqlaşdırılmasını tələb edirlər. Təhsil Nazirliyi və Rayon Təhsil şöbəsi isə bu biabırçılığı ört-basdır etməyə çalışır. Bəlkə də bu hadisənə məişət zəminində baş verən sıradan bir hadisə kimi də baxmaq olar. Amma söhbət gənc nəslin təlim tərbiyəsindən, onun gələcək psixoloji və mənəvi davranışlarının aşılandığı məkanda çalışanların əməllərindən və davranışlarından gedirsə artıq bu icimai xarakter daşıyır. Buna sadəcə, diqqət yetirməmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, şagird üçün təkcə müəllim vediyi dər, bilik önəm daşımır həm də həmin müəllim xarakterinə, daxili-mənəvi keyfiyyətlərinə, hətta, xarici görkəminədək etalona çevrilir. Ona görə də digər peşə sahiblərindən fərqli olaraq müəllim peşəsi daim diqqət mərkəzində olan, nümunə rolu oynayan peşədir. Lakin böyük bir təhsil ocağına rəhbərlik edən direktorun başq çatışmamazlıqlarının üzərindən bəlkə də keçmək , ona göz yummaq olar. Lakin belə xoşa gəlməz hadisnini gizlədilməsinə göstərilən cəhd, onun nəinki həmin vəzifədə qalmasına, hətta bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmasına şərait yaradanlar gənc nəslin təlim-tərbiyəsinə vurulan ciddi zərbənin məsuliyyətini birgə daşıyırlar. Üstəlik də, Mahmudlu kənd orta məktəb direktoru cənab Cəfərov Ramizin diğər qanunsuz əməlləri də aparıəlan yoxlamalın nəticəsi olaraq üzə çıxıb. Məlum olub ki, həmin məktəbdə ingilis dili müəllimi işləyən qızı Cəfərova Aytən Ramiz qızının, dil-ədəbiyyat müəllimi Namazova Nadir qızının və ibtidai sinif müəllimi Məmmədov Lena Rəfael qızının diplomları saxtaymış. Güya onlar ixtisasları üzrə alı təhsillərini Gürcüstanda alıblar. Bu qalsın bir tərəfə hər üç müəllimin işə qəbulu isə Təhsil nazirliyinin qəbul etdiyi qaydalar üzrə deyil, şəxsən bir başa həyata keçirilib. Vakant yerləri gizli saxlayan R.Cəfərov havadarı olan rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski ilə bərabər kdraları öz bildikləri kimi işə götürür, öz mülahizələrinə və maraqlarına uyğun yerləşdirirlər. Yeri gəlmişkən, məktəbdə ingilis dili müəllimi işləyən Məmmədova Tamara Hüseyn qızının uzaqlaşdırılması da qaranlıq məqamlardan xəbər verir. Yəqin ki, rayon məhkəməsinın bu qaranlıqları aydınlatmağa gücü çatacaq. Aldığım məlumatlara görə Şəmkir Rayon prokurorluğunda təkcə Mahmudlu kənd orta məktəbində deyil, rayon ərazisindəki digər məktəblərdə olan neqativ və qanunsuz hallarla bağlı araşdırma aparılır. Təbii ki, qanunsuzluqlarla bağlı aparılan mübarizə təqdirə layiqdir. Lakin bu araşdırmalar və yoxlamalar görüntü xarakteri daşıyacaqsa, hansısa məmurun əlavə gəlir və rüşvət mənbəyinə xidmət edəcəksə, yaxud da, daha bir cəzasızlığa gətirib çıxaracaqsa “təhsil bizim gələcəyimizdir” ritorikası da, qanunların aliliyinin qorunması və hüuqu-mühafizə orqanlarının qanunlarımzın keşiyində durmaları barədə deyilənlər öz əhəmiyyətini itirəcək. Bütün bu mələlərlə bağlı istər Təhsil Nazirliyi, İstər Şəmkir rayon prokurorluğu, istər rayon icra strukturları ilə əlaqə saxlamağa çalışsaq də cəhlərimiz baş tutmadı və əlaqədar dövlət qurumlarından müfəssəl məlumat ala bilmədik. Amma yenə də bu ictimai məna daşıyan məsələlərə aydınlıq gətirilməsini isətirik.

mediaxeberleri.az

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti