|
Son bir ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,2 faiz bahalaşıb
Teleqraf.az-ın Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, digər xarici ölkələr üzrə hava nəqliyyatında sərnişindaşıma tariflərində isə 11,8 faiz ucuzlaşma müşahidə olunub.Avqust ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz, sərnişindaşıma tarifləri isə 0,9 faiz ucuzlaşıb.Avqust ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,9 faiz ucuzlaşıb. Dəniz nəqliyyatı vasitəsilə digər xarici ölkələrə yükdaşıma tarifləri isə 4,3 faiz bahalaşıb.Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri üzrə avqust ayında heç bir dəyişiklik müşahidə olunmayıb.