|
Honkonqdakı mənbələrin iddiasına görə, yeni “iPhone” smartfonunun qiyməti 860-1250 dollar civarında olacaq.
"Teleqraf.az"-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, bu, bir qədər əvvəl də, yeni nəsil smartfonun "iPhone 5s" ilə müqayisədə daha baha olacağı qeyd edilirdi.
“İTK Tech News" resursu yazır ki, Honkonqda “Apple iPhone 6” smartfonunun qiyməti 663-9687 Honkonq dolları təşkil edəcək. Nəşr təsdiqləyir ki, yeni nəsil smartfonu iki diaqonal üzrə buraxılacaq.
4,7 düymlük diaqonala malik ekranla təchiz edilmiş “iPhone” smartfonunun qiyməti 16, 32 və 64 QB yaddaşlıq modellər üçün müvafiq olaraq 6663 (860$), 7671 (990$) və 8679 (1120$) Honkonq dolları təşkil edəcək.
5.5 düymlük diaqonallı planşetofonun qiyməti yaddaşın həcmindən asılı olaraq müvafiq olaraq 7923 (1020$), 8931 (1150$) və 9687 (1250$) Honkonq dolları təşkil edəcək.