|
19 sentyabr 2016-cı ildə, Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyətinin toplantısında 15 sentyabr 1918 - ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının düşmənlərdən azad edilməsinin 98 - ci ildönümü ilə bağlı keçirdiyi tədbirlər haqqında fikir mübadiləsi aparılmış, keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilmişdir.
26 sentyabrda keçirilməsi nəzərdə tutulan referendumun Azərbaycan Konstitusiyasına və Azərbaycan xalqının mənafelərinə zidd olması, yalnız ailə maraqlarlarına bağlı olmasına həsr edilən dəyirmi masa ilə bağlı müzakirələr aparılmışdır.
Dəyirmi masa - 22 sentyabr 2016-cı il saat 12:00-da KXCP-nin mənzil qərargahında keçiriləcəkdir. Dəyirmi masada iştirak sərbəstdir.