|
Türkiyədə 15 iyul çevriliş cəhdində iştirak edən polkovnik Tanju Poshorun Kosovodakı otağında aparılan axtarış zamanı əllə yazılmış dua üzə çıxıb.
Avropa.info xəbər verir ki, prezident qvardiyasında alay komandiri olan və çevriliş cəhdində iştirak edən Tanju Poshorun Kosovodakı otağında "Tayyib və ergenekonçular ölsün, amin" yazılmış dua çıxıb.
Məlumatlara görə, Poshorun otağından çıxan və əl yazısı ilə vərəqin üzərinə yazılmış duada bəzi çevrilişçi zabitlərin adları da yazılıb. Bundan başqa "Tayyib və ergenekonçular ölsün, amin" yazılmış sözlərdən sonra xətt çəkilib və xəttin altında bir məzarlıq işarəsi qoyulub.
Qeyd edək ki, keçmiş polkovnik Poshor çevriliş vaxtı xidmət etdiyi Kosovadan Ankaraya gəlib və TRT binasına basqında mühüm rol oynayıb.
Çevriliş cəhdinin qarşısı alındıqdan sonra, Ankara prokurorluğu Kosovodakı Sülhməramlı Qüvvə Qərargahında axtarış aparılması üçün Xarici İşlər Nazirliyi vasitəsilə NATO-ya müraciət edib. Otağında axtarış aparılan Poshorun məlumat-sənəd və kompüter məlumatları əldə edilərək XİN vasitəsi ilə prokurorluğa çatdırılıb.