|
KXCP sədri Mirmahmud Mirəlioğlu mübarək Qurban bayrami münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
“Əziz həmvətənlər, dəyərli müsəlmanlar!
Mübarək Qurban Bayramı münasibəti ilə sizləri – bütün müsəlman bacı və qardaşlarımızı, əziz xalqımızı təbrik edirəm!
Milli və Dini Bayramlarımıza uzun illər yasaqlar qoyulsa da, bu müqəddəs bayramları xalqımızın yaddaşından silmək mümkün olmadı. Əsrlərlə davam edən bu bayram, müsəlmanların uca Yaradan qarşısında müqəddəs borclarını yerinə yetirmələrinin və öz tarixi ənənələrinə sadiq olmalarının gözəl nümunəsidir.
Təəssüflər olsun ki, Qurban Bayramını Bütöv Azərbaycanın torpaqlarında birlikdə qeyd etmək hələdə, bizlərə nəsib olmur. İnanırıq ki, bu çətinliklər dövründə qeyd etdiyimiz müqəddəs gündə - Allaha edəcəyimiz dualar vətənimizin bütövləşməsi, millətimizin birliyi, dövlətimizin güclənməsi, xalqımızın firavanlığı, vətəndaşlarımızın azad və demokratik cəmiyyətdə yaşaması üçün yardımçı olacaqdır!
Xalqımızın iradəsi ilə bu müqəddəs bayramın Bütöv Azərbaycan ərazilərində qeyd olunacağı gün çox da, uzaqda deyil. Bu inancla Müqəddəs Qurban Bayramı münasibəti ilə Sizləri bir daha təbrik edirəm. Millətimiz və Ümmətimiz adına etdiyiniz dualarınızın və kəsdiyiniz qurbanlarınızın qəbul olması üçün Uca Yaradana dua edirəm.
Dualarınız qəbul olsun!
Allah yardımçınız olsun!”