|
Milli Şuranın sentyabrın 11-nətəyin etdiyi mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.
Bu barədə "Report"a Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev məlumat verib.
O deyib ki, bu gün saat 17:00-da Bakı Şəhər Baş Polis İdarəsində olacaqlar. E.Quliyev dəvətin mitinqlə əlaqədar olduğunu qeyd edib.
E.Quliyev onu da bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqin saatını irəli çəkməyi təklif edib:"Biz bu məsələni Milli Şuranın Koordinasiya Şurasında müzakirə etdik. Qərara gəldik ki, keçirələcək aksiyanın saatı dəyişdirilməsin".
Qeyd edək ki, Milli Şura sentyabrın 9-da, saat 17:00-dan 19:00-dək Yasamal rayonundakı İdman Sağlamlıq Komplekisinin stadionunda (keçmiş "Məhsul”) mitinq keçirmək niyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mitinqin keçirilməsinə razılıq verib.