|
"Haqqımızı, ədalətimizi kimlərinsə tapdamasına imkan da verməyəcəyik”
Bu gün- oktyabrın 6-da Müsavat Partiyasının başqanlıq seçkisində uduzmuş namizəd Qubad İbadoğlu öz tərəfdarları ilə görüşür. Musavat.com-un tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, Müsavat Partiyasının qərargahında keçirilən görüşdə yüzdən artıq müsavatçı iştirak edir.
Tədbiri Müsavatın himni ilə başlayan Qubad İbadoğlu çıxışında bildirib ki, Müsavat bir nəfərin, bir ailənin partiyası deyil. “Məqsədimiz partiyanın güclənməsidir. Seçkiyə qatılmağımızın da səbəbi bu idi”,- deyən Q.İbadoğlunun sözlərinə görə, onların mübarizəsi vəzifə mübarizəsi deyil: “Bizim mübarizəmiz haqq-ədalət mübarizəsidir, bunu davam etdirəcəyik. Haqqımızı, ədalətimizi kimlərinsə tapdamasına imkan da verməyəcəyik”.