|
Türkiyə ilə Misir arasındakı diplomatik gərginlik yeni fazaya keçib. Sisi rejimi rəsmi Ankara ilə bütün əlaqələri kəsməyi, türk mallarını boykot etməyi planlaşdırır.
Teleqraf.az axar.az-a istinadən xəbərverir ki,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dünya İqtisadi Forumundakı tənqidi çıxışı, Misir hökumətinə yönəlik sərt fikirlər səsləndirməsi qarşı tərəfin xoşuna gəlməyib. Misir Xarici İşlər Nazirliyi öz növbəsində Ərdoğanın çıxışına etiraz edib.
İsrail mətbuatı isə iki ölkə arasında münasibətlərdə yaranan gərginliyə toxunaraq yazıb ki, Misir Müsəlman Qardaşlarına verilən dəstəyə görə Türkiyə mallarını boykot etməyə hazırlaşır. Artıq Misir rəsmiləri türk mallarının boykotunu və diplomatik əlaqələri kəsməyi tələb edir. Qəzza müharibəsi ərəfəsində Misirin HƏMASA dəstək verməməsinə cavab olaraq Ərdoğanın Müsəlman Qardaşları rəhbərliyinə jest etməsi Qahirə-Ankara münasibətlərini pisləşdirib.
Qeyd edək ki, Ərdoğan Qətəri tərk etməyə məcbur qalan Müsəlman Qardaşları liderlərinə Türkiyənin onlar üçün açıq qapı olduğu mesajını verib. Bu da Sisi hakimiyyətini qıcıqlandırıb.