|
“Milli Şura üzvləri dünənki toplantıda siyasi məhbus problemi və cəmiyyətdə baş verən ictimai–siyasi prosesləri təhlil edib. Ən əsası da qarşıdakı on beş gün ərzində həlli vacib məsələləri müzakirə olunub”.
Bu barədə Hafta.az–a Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev məlumat verib. Mətbuat katibinin sözlərinə görə, dünənki iclasda bir sıra qərarlar qəbul olunub: “Bu qərarlardan birincisi 15 sentyabr Bakının daşnak işğalından azad edildiyi günü tərəfdarları ilə Dağüstü parkdakı Türk Şəhidliyində qeyd etməkdir. İkincisi isə şuranın yeni iclasının vaxtı müzakirə edilib, qərara alınıb ki, növbəti toplantı bu ayın ortalarında keçirilsin”. Oqtay Gülalıyev həmçinin dünən digər müxalifət partiyalarının xartiya imzalamasına da şura adından münasibət bildirib: “Milli Şura xartiyanın imzalanmasını hər partiyanın daxili işi hesab edir. Hətta müsbət hal kimi qəbul edir”. Mətbuat katibi həmçinin Milli Şuranın dünən imzalanan xartiyaya münasibət bildirib: “Bizim gündəmimizdə Milli Şuranın dünən imzalanan xartiyaya qoşulma məsələsi gündəmdə deyil”.