Bu gün son illərin ən tələbolunan rəqqasələrindən biri Azərbaycanın “Didəmi” sayılan Renka yeni PR menecerlə çalışmağa başlayacaq.

Teleqraf.az-ın məlumata görə, Rəna bundan sonra Eltonla birlikdə işləyəcək. Yeni işbirlikləri ilə bağlı Elton bunları qeyd edib:

“Bu da bizim Rena ilə birlikdə sizə deyəcəyimiz xəbər: bu gündən  şərq rəqsin sultanı Rəna xanımla işbirliyinə başlayıram. Bilməyənlər bilsin ki, mən Rənı bu gün yox, illərdir tanıyıram. Bu il bizim ilimizdir. Məni tanıyanlar bilir ki, boş-boş danışmıram. Əgər deyirəmsə, edirəm. Gözləyin, yeni xəbərlər gəlir. Güman edirəm ki, iş birliyimiz uzun müddətli və yaxşı olacaq...”

Qeyd edək ki, hal-hazırda pr menecer Elton Rəna ilə yanaşı müğənnilər Sevinc Musayeva,  Şakir Abbas, Azad Seyidov və model Sevinc Şirinova ilə işləyir.

 

Xəbər lenti