|
"Mahnımı dinləyənlər də təsdiqləyəcəklər ki, bu ifa özlüyündə bir əsərdir".
Populyar estrada müğənnisi Murad Sadıx Şuşa haqqında mahnı oxuyub. Sözləri xalq şairi Səməd Vurğuna, musiqisi Elxan Məmmədova məxsus olan mahnı elə "Şuşa" adlanır. Saytımıza açıqlama verən müğənni, yeni mahnısı barəsində oxucularımızı belə məlumatladırdı:
"Şuşa bizim ən yaralı yerimizdir. Düzdür, mən Qarabağın bu gözəl şəhərini heç vaxt görməmişəm. Valideynlərimdən eşitmişəm ki, Şuşa cənnətin bir parçasıdır. İnşAllah tez bir zamanda başda Şuşa olmaqla, bütün düşmən tapdağında olan torpaqlarımızın geri qayıdacağına inanıram. Mahnımı dinləyənlər də təsdiqləyəcəklər ki, bu ifa özlüyündə bir əsərdir.
Bəstəkar Elxan müəllimə təşəkkür edirəm ki, etimad göstərib, bu əsəri oxumağı məhz mənə həvalə etdi. Aranjimanın da müəllifi bəstəkarın özüdür. Qara Qarayev kimi daha Azərbaycan bəstəkarının tələbəsi olmuş Elxan müəllimlə işbirliyimiz bundan sonra da davam edəcək".
Təqdim etdiyimiz Youtube linkinə daxil olmaqla "Şuşa" mahnısını dinləyə bilərsiniz.