|
“Haqqımda yazılanlarla tanış deyiləm. Ona görə də heç bir fikir söyləmək istəmirəm”.
Teleqraf.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov deyib: “Sadəcə, onu demək istəyirəm ki, haqqımda bütün yazılanlar kimi, növbəti yazılar da böhtandır. Vəssalam!”.
Xatırladaq ki, Misir Mərdanovun adı şok yeyinti qalmaqalında hallanır. Məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu “ələ verməsi” Misir Mərdanovun da hədəfə alınmasına gətirib çıxarıb.
Xəbərdə bildirilir ki, ötən illər ərzində prezident tərəfindən ümumtəhsil məktəblərinə ayrılan 30 milyon vəsaitin ortadan götürülməsində Misir Mərdanovla Vidadi Zeynalovun birgə “əməkdaşlıq” etdiyi bildirilir.