|
Tanınmış hüquqşünas Aslan İsmayılov özünün “Facebook” səhifəsində yazarar jurnalis Rasim Əliyevin döyülərək öldürülməsinə münasibət bildirib.
Teleqraf.az Aslan İsmayılovun fikirlərini təqdim edir:
İdmançılar jurnalist Rasim Əliyevi öldürdü. Bir çoxları bunu dəhşətlə qarşıladı. Ancaq, təəssüf ki, bu cəmiyyətimizin getdiyi yolun hələ də ən pis nöqtəsi deyil... Qarabağda illərlə döyüşüb əl-ayağını itirən qazi dilənən vaxtı bir dəfə çempion olan, 100 minlərlə mükafat, bahalı maşınlar, mənzillər hədiyyə alanda, toxunulmazlıq imtiyazı qazananda, bir ayın içində mayor rütbəsinə yüksələndə, rasim məmmədovlar həmin o çempionlardan qoçu dəstələri düzəldib sahibkarların halal mallarını əlindən alanda, deputat Fəzail Ağamalı azərbaycan gəncliyini qanuni oğrulardan ibrət götürməyə çağıranda, başqa təyin edilmiş deputat Hadı Rəcəbov azərbaycan müəllimini dərs vaxtından sonra hamballıq etməyi tövsiyyə edəndə, vəkili bandotdela çağırıb özü kimi banditlərlə təhqir etdirib, vurdurduqdan sonra həmin adamı istintaq idarəsinin rəisi təyin etdirəndə, normal, mədəni, qanuna hörmət edən insan formalaşdıran vətəndaş cəmiyyətini məhv edəndə, hafiz hacıyev, araz əlizadə kimi prezidentliyə namizədlər düzəldəndə, Hacı Tale kimi savadlı din adamının cibinə narkotik qoyanda bilməliydik ki, bu hələ mərəkənin başlanğıcıdır. Acınacaqlı günlər hələ qabaqdadır. Özü də tək bizim üçün yox, birinci növbədə hakimiyyət nümayəndələri üçün. Axı lap qədimdən deyərlər, nə tökərsən aşına o da çıxar qaşığına.