Emin Hüseynov kimi cinayət törətmiş şəxsin Avropanın nüfuzlu media qurumunda "qəhrəman"a çevrilməsi bəzi qüvvələrin anti-Azərbaycan mövqeyindən irəli gəlir. 

Teleqraf.az xəbər verir ki, bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. S.Novruzovun sözlərinə görə, E.Hüseynov 10 aydır ki, İsveçrə səfirliyində idi: "İndiyə qədər onun oradan çıxarılması, getməsi ilə bağlı o qədər tələsmirdilər. Ancaq ilk Avropa Oyunları zamanı onun İsveçrəyə aparılması, aparılan kimi onun dərhal müxtəlif Avropa kanallarına çıxarılması Oyunların gedişatına kölgə salmağa xidmət edir. Guya Azərbaycanda insan hüquqlarının pozulduğunu nümayiş etdirməklə ilk Avropa Oyunlarının uğurunu ört-basdır etmək istəyirlər".

YAP rəsmisi hesab edir ki, E.Hüseynov kimi cinayət törətmiş adamlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar: "Görürsünüz, Avropadakı bəzi qüvvələrin Azərbaycanla davası hər hansı bir qaçqınla, hər hansı şəhid ailəsi ilə bağlı deyil, bu və ya digər şəkildə bunların təhriki ilə cinayət törətmiş şəxslərdir. Onların bir qismi də bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılır, Azərbaycanın dövlət sirrinin yayılması, vergidən yayınma və digər məsələlərlə bağlı istintaq işləri gedir".

Millət vəkili qeyd edib ki, bütün bunlar bəzi dairələrin anti-Azərbaycan mövqeyindən irəli gəlir: "Təsəvvür edin ki, Azərbaycanda keçirilən Avropa Oyunlarına 6000-dən artıq idmançı gəlib. Açılışda onların məşqçiləri, 30-a yaxın ölkənin dövlət rəhbərləri, dövlət nümayəndələri iştirak etdi. Onların 10-u birbaşa prezident, digərləri parlament sədrləri, baş nazirlər, yüksək rütbəli dövlət məmurları idi. Belə böyük açılış mərasimi keçirildi, Avropanın 50 ölkəsi burada təmsil olunur. BBC, CNN, "Euronews" bununla bağlı bir xəbər vermədilər. Ondan bir gün sonra Gürcüstanda daşqın baş verdi, heyvanxananı sel apardı. Həmin kanallar ardıcıl olaraq 3 gün həmin təbiət hadisəsinə verilişlər həsr etdilər. Lakin Azərbaycanda keçirilən irimiqyaslı idman yarışına çox qısqanclıqla yanaşdılar, baxmayaraq ki, neçə müddətdir ki, həmin kanalların əməkdaşları Azərbaycanda akkreditasiya olunublar".

S.Novruzov əlavə edib ki, həmin kanallar belə irimiqyaslı idman tədbirini işıqlandırmaq əvəzinə, hansısa bir dələduzun fikirlərinə, cinayət törətmiş, vergidən yayınmış, gizli yolla Azərbaycandan çıxarılmış bir şəxsin anti-Azərbaycan mövqeyinə geniş yer ayırırlar: "Bunların tərəfsizliyi budur? Görünür ki, bu kanallar, onları himayə edən şəxslər və dövlətlər entik, milli, dini ayrı-seçkiliklə məşğuldurlar".

 

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti