Səxavət Tağlar

Təhsilyanı Şuraya yığışmışdıq. Şöbənin qarşısında şuşalı müəllimə, xətrini istədiyim, qəlbən mənə yaxın olan Telli müəlliməylə görüşdüm. (O, Şuşa rayon DİŞ-nin rəisi, polis polkovniki Eldəniz Quliyevin mənimlə ali məktəbdə bir dövrdə oxuduğunu və isti münasibətimizi bilirdi.) Hal-əhvaldan sonra qəhər və göz yaşları ilə Eldənizin qətlə yetirildiyini söylədi. Bu xəbər məni çox sarsıtdı, özümü gücsüz və zəif hiss etdim. Ani olaraq tələblik illərinin müəyyən anları, Eldənizin toyu, övladları, anası Məxluqə müəllimənin qayğıkeş çöhrəsi, rəhmətlik atası polis palkovniki Qurban kişinin şirin söhbətləri düşdü yadıma və birdə... Elə bildim ki, Eldənizin həyat yoldaşı Billurə xanımın fəryadı gəlir qulağıma, elə bildim ki, yasdayam, təsəlli verirəm Eldənizin qardaşlarına ─ Nazimə, İlhama, Mübarizə, Ramizə.

    ...Eldənizin faciəsi ilə son beş ayda altı dəfə sarsılmışdım mən. Üç bacımın gənc həyat yoldaşlarının – Dadaşın, Oktayın, Səlimxanın, əziz dayımız Davudun və bir də yaxın qohumumuz, hər an bizə təsəlli verən Talıbxan kişinin faciələrini deyirəm...

   İlahi, insan nə dözümlü olur. Mən hələ özümdə güc tapıb, dostum, sirdaşım Eldənizi başqalarına da tanıdmaq istətirəm...

    ... Eldəniz Quliyev şuşalı idi. 1971 ci ildə Xankəndi Dövlət Pedoqoji İnstitutunu bitirmişdi. Atası uzun illər Azərbaycan Daxili İşlər Nazirliyində məsul vəzifələrdə, Şuşa, Tərtər (Mirbəşir) və Xankəndi(Stepanakert) şəhərlərində polis rəisi vəzifələrində işləyib. Atasının və dayılarının mübariz peşələrinə kamil yiyələnmişdi Eldəniz!! O Eldəniz ki, Qarabağ vulkanı gözləri önündə püskürüb, o Eldəniz ki, Qarabağ hadisələrinin qaynağında olub, yağı düşmənlə üz-üzə gəlməkdən qorxmayıb. Yəqin ki, Eldəniz döyüş yolu və peşə ustalığı barədə televiziya verlişlərindən, qəzet səhifələrindən məlumatınız olar.

    Şuşanın süqutundan sonra Eldənizlə görüşdüm. O, süqutun son dəqiqələrini belə xatırladı “...Qala qapısı deyilən yerdə, Şuşa türməsinin yanında, qəbirstanlıqda döyüşürdük. Atamın qəbrinə sığınmışdım. Sanki atamdan ruh alırdım. Baş daşındakı şəkil elə bil dilə gəlib “Qorxmayın, vuruşun” deyirdi. Vuruşurduq, inamla vuruşurduq”.

    ... Taleyin işinə bax, yağı düşmən əsirliyində dörd gün ac-susuz qalıb, cəsurluqla ordan sağ çıxan, düşmən gülləsindən yaralanıb, yaşamaq inamını itirməyən Eldəniz bir nadürüstün əli ilə qətlə yetirildi. O, cəsur, qorxmaz, sadə, qayğıkeş, şəxsiyyətli, gözəl qamətli bir oğlan idi.  Söhbətlərindən bilmək olmaz idi ki, filosofdur, tarixçidir, yoxsa hüquqşunas. Hərtərəfli insan idi. Onu bütün şuşalılar, bütün Qarabağ camaatı və bütün tanıyanları sevirdi...

   ... Allah sənə rəhmət eləsin, Eldəniz!

  ...Səninlə bağlı xatırələr birdimi, ikidimi... Hələ tələbəykən qeyrətli çıxışların hamımızı heyran edirdi. Təəssübkeşliyin, uzaqgörənliyin bir də ... Və bir də yağıların içində yaşayıb, təhsil alıb, işləyə-işləyə onlara qarşı mübarizə aparmağın, kimlərinsə buna görə sənə pis baxmaları heç yadımdan çıxmır. İnstitutun Azərbaycan bölməsində Müasir Azərbaycan ədəbi dilindən erməni dığası Ararat Qriqoriyan dərs deməyə gələndə mənim etiraz səsim və buna görə sarsıntılarım,  Vilayət Partiya Komitəsinə, DQMV-nın prokurorluq və DİŞ-nə ayaq döymələrim və öz xəttimlə rektorluqda institutdan xaric olunmağım barədə ərizə yazmağım yadıma düşəndə, deyirəm ki, nə yaxşı ki, atan Qurban kişi kimi yaxşılar, qeyrətli və kamil ağsaqqalar var imiş. O vaxt millətçilik damğası ilə məni─kimsəsiz bir tələbəni  institutdan xaric edəndə sən özünü odun - alovun içinə atdın. Mən institut həyatında dörd almamışdım, qiymətlərimin hamısı əla idi. Yalnız bir fəndən – Müasir Azərbaycan ədəbi dilinin tədrisindən – ermənidən üç dəfə iki almışdım. Ona görə də institutla vidalaşmalı idim. Sən buna dözmədin. Məsələni atana bildirdin. Atan – o vaxt DQMV-nın sayılan və nüfuzlu ağsaqqalı, ermənilərin çəkindiyi bir kişi idi. Sən onun tərbiyəsini almışdın, qardaş!. Sənsiz sızıldayıram! Xatirələr qəlbimi dağıdır! Tərtər rayonuna, köçkünlükdən sonrakı evinizə getmişdim, Eldəniz! Uşaqlarınla, qardaşlarınla görüşdüm. Qəbrin önündə diz çökdüm. Hönkür-hönkür ağladım. Ruhun qarşısında həmişə hesabatlıyam, Eldəniz!

   ... Ən çox həmsöhbət olduğun Vahid müəllim(İmişli TŞ-nın müdir müavini) Lenin təqaüdçüləri- Rəhim Zalov (filoloq- tənqidçi), Vaqif Abdullayev(AMİ-nin Ağcəbədi fililalının dosenti, İsmayıl İslamov (Ağsu rayon İH-nin nümayəndəsi), Cəmil Bayramov (Gənclər və İdman nazirliyinin işçisi), Vaqif Hüseynov (Ağcəbədi Pedoqoji Texnikomun direktoru-Allah rəhmət eləsin!), Tofiq Abdullayev (Ağdam RPŞ-nın rəis müavini, polis polkovnik-leytenantı), Hikmət Cəmilzadə (FHN-nın idarə rəisi) sənin itkinə dözmürlər, qardaşım! Yüzlərcə səni tanıyan tələbələr, sevimli müəllimlərin – Ənvər Əhməd, Raqif Kərimov, Mamed müəllim, Mirələm müəllim, Zabil müəllim hər görüşümüzdə yeni-yeni xatirələr danışır. Qəlbimizi göynədən, ürəyimizi üşüdən xatirələr...

   ...Köçkünlükdə bir oğlana rast gəldim. Dedi ki...  “Şuşalıyam. Əslən də Zarıstılıyam. İxtisasca fiziki tərbiyə müəllimiyəm. İmişliyə sığınacaq gətirmişəm.” Qeyri-ixtiyarı olaraq oğlanın üstünə atildım. Öpüb bağrıma basdım. Adını soruşdum: Abutalıbov Sahib Cəfər oğlu. Həmin gündən yanımda işə götürdüm. Qeyrətli, təəssübkeş, əməksevər oğlandır. Bir çox cəhətlərinə görə sənə oxşayır. Sənin simanda bütün şuşalılara hörmət və ehtiram göstəririk, Eldəniz! Şuşa rayon İcra Hakimiyyətinin İmişlidəki nümayəndəsi Telli Zeynalova ilə gündəlik görüşməsək , sənin haqqında kövrək xatirələri bölüşməsək rahatlıq tapmıram!

   ...Böyük hörmət və ehtiram göstərdiyim orta məktəb müəllimim, gözəl ziyalı Cavad Nəsirov Heydar adlı bir Şuşalı ilə qohum oldu. Onlar məni də övladlarının böyük toy məclisinə dəvət etmişdilər. Bakıda “Sərinlik”Şadlıq Sarayinda o toy axşamı düşüncələr məni hara çəkmədi. Allah onları xoşbəxt eləsin! Yadıma Xankəndindəki  Qarabağ Şadlıq Sarayında kiçik qardaşın İlham müəllimin toy məclisi düşdü!  Necə şənləndik, necə...

Mənim poetik çıxışımı bütün qarabağlılar alqışladı. Xüsusilə, atan Qurban kişi, anan Məxluqə xanım! Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik, cənab Ramil Usubov da toy şənliyində iştirak edirdi. O, ürək sözlərini söylədi, Qurban kişiylə, Məxluqə xanımla rəqs edib, onlara gözaydınlığı verdi. Qarabağın say-seçmə kişilərindən olan, kamil ağsaqqal, hamı adını hörmət və ehtiramla çəkən Qurban kişiyə!  Xanım-xatın anan, Xankəndinin  tanınmış pedaqoqlarından biri olan Məxluqə xanıma!

...Əlimdə qələm ikən, bu kiçik xatirələr təsəllimdi: Bir dost itkisinə, bir qeyrətli Azərbaycan övladının itkisinə! Kim dünyasını dəyişməyəcək, Eldəniz?!. Ancaq sənin müammalı ölümün Qarabağ dərdinə, Şuşa niskilinə yaraşmır, qardaş!  Sənin öz planların, öz ideyaların  var idi. Vətən, torpaq, yurd və bütövlükdə Azərbaycan xalqı üçün sən çox iş görə bilərdin... Rahat yat, qardaşım! Allah qoysa, vaxt gələcək ki, Azərbaycanın qeyrət tacı Şuşamız alınacaq! Sənin ata yurdunda Vaqif, Nətavan, Bülbül ocağında təhsil aldığımız institut bərpa olunacaq. Biz Eldənizsevərlər Şuşanın bərpasında  sənin əvəzindən də var gücümüzlə çalışacağız!.

 

 

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti