Ramil Cəbrayıl

Tarixçilər “tualetin” Şərqdən Qərbə keçməsi ilə bağlı həmfikirdilər. Lakin bu keçid əsrlərlə davam etmişdir. Orta əsrlər Avropasında görülən epidemiya xəstəliklərinin başlıca səbəbi məhz bundan ibarət idi.

Osmanlı imperiyasının sahib olduğu mədəniyyət və həyat tərzi Avropa üçün nümunə idi. Bu gün məşhurluğunu itirmiş Osmanlı Türk hamamları təmizliyi ilə bir zaman çox əhəmiyyətli idilər. Hamam anlayışı Avropa üçün təmiz olmaq və “duş qəbul etmə” mədəniyyəti ilə meydana gəlməsində liderlik etmişdir. Daha maraqlı isə budur ki, Avropada “tualet anlayışı” yox idi. 1600-cü illərdə tualet anlayışından ümumiyyətlə xəbərsiz idilər. 

1667-ci il tarixində Osmanlıda "Tualet vəqfi" qurularkən, Avropada tualet bilinən anlayış mövcud deyildi. İnsanlar ehtiyaclarını boş tapdıqları sahələrdə, ya da evin içində aradan qaldırıb, çölə atırdılar. Buna görə də, şəhərlərdə pis qoxu yayılırdı. Hündür dikdaban ayaqqabılar, çətirlər, yelpiklər məhz bu səbəbə görə dəbdə idi. Osmanlıda isə bu ərəfələrdə hər yerdə, hər küncdə olan tualetlərin sayı artırdı.

Fransanın paytaxtı Parisdə tikilən tarixi Versal sarayının maraqlı xüsusiyyətindən biri 1768-ci ilə qədər sarayda tualet, kanalizasiya sisteminin mövcud olmaması idi. Səbəbi; sözügedən dövrdə zadəgan anlayışına görə, onların istədiyi yerdə ehtiyaclarının qarşılanmaları idi. Bu səbədən, Avropanın Versal sarayının qoxusu "Avropadaki bütün saraylardan fərqli" (Memoirs: Duc de Saint-Simon ) idi. 1789-cu ildə Fransa inqilabından sonra, sarayda cəmi 9 tualet vardı və onlar kral ailəsinə məxsus idi. 

Sarayın digər işçiləri isə təbii ehtiyaclarını qablardan istifadə etməklə aradan qalıdrardılar və bu qoxular sarayın ümumi atmosferinə olduqca mənfi təsir göstərirdi. Saray işçiləri təbii ehtiyaclarını aradan qaldırdıqdan sonra pəncərələrdən bayıra boşaldırdılar. Bir çox hallarda isə ehtiyaclarını ödəmək üçün sarayın dəhliz və divar sobalarından istifadə edirdilər.

Avropa tualetlə sonralar 18 əsrin əvvəllərində “tanış oldu”. Bu vaxtlarda artıq saray künclərində tualetlər vardı, krallar və aristokratlar üçün ehtiyac aradan qaldırma sandıqları hazırlanırdı.
Dos. Dr. Səid Öztürk Osmanlıda “tualet” anlayışının Qərb ilə müqayisədə kifayət qədər irəlidə olduğunu söyləyir. Dos. Dr. Öztürk belə nəql edir: "Qərb ilə müqayisədə Osmanlıda tualet vəqfinin olması fövqəladə bir üstünlükdür. Çünki, bu tarixdə Qərb dünyasında tualet mədəniyyətindən bəhs etmək mümkün deyildi. Sonrakı dövrlərdə vəziyyət yenə də eyni idi. Qərb tualetlə sonralar tanış oldu. Osmanlı İmperatorluğunda təmizlik , sağlamlıq, gözəllik, gözəl qoxu çox əhəmiyyətli mövzu idi. Sağlam və dinc həyatın gərəyi hesab edilən təmizlik və gözəl qoxu günümüzə qədər gələn arxiv sənədlərindən də aydın olur”.

Avropada hamam və təmizlik sahəsinin keçmişi, xristianlığın orta əsrlər boyunca Avropaya hansı təsirlər göstərdiyinin tarixdən şahidiyik. Osmanlılardan başqa, yalnız Roma saraylarında hamam mədəniyyəti inkişaf etmişdir. Hamamlar eyni zamanda mədəni görüşmə məkanları idi. Yığıncaq sahələri, əyləncə sahələri, kitabxanalar kimi mədəniyyət suyun ətrafında bir mədəni görüşmə nöqtəsinə çevirilirdi. Təbii ki, buna dini baxımdan çox xoş qarşılanmayan əyləncələr də yoldaşlıq edirdi.

Xristianlıq Avropada yayılarkən, Roma çökməyə başladı və hamam mədəniyyəti tamami ilə yox olmağa başladı. Kilsə bədənin tamamilə yuyulub təmizlənməsini şəhvətləndirici olacağını əsas gətirərək təmizliyi xoş qarşılamırdı. Avropanı yüz illər davam edəcək çirkab içində yaşam dövrü başladı. Tualet mədəniyyəti, duş mədəniyyəti, təmizlik mədəniyyəti yox oldu. Sonrakı əsrlərdə Avropada müxtəlif yoluxucu xəstəliklərin yüksək ölüm nisbətləri təmizliyə prinsipial olaraq qarşı olan bu yanaşmanın dərin bir təsiri vardır.

Avropada zadəganların saray bağçasında çətirlə dolaşmalarının əsas səbəblərindən biri pəncərədən xidmətçilərin boşaltdığı pisliklərdən qorunmaları idi. Sabun olmadığı üçün, yuyunmaq normal gigiyenik qaydada mümkün deyildi.

1388-ci ildə İngiltərə kralı II Richard göl və dərələrə nəcis tökülməsini qadağan edir. Ancaq hara ediləcəyini söyləməyi də unudur. Zavallı xalq nə etsin? Həlli küçədə axtarır. İnsanlar evilərndə çıxardığı hər cür pisliyi; böyük, kiçik, nə varsa küçə pəncərəsindən aşağı tökərdilər. Bu vəziyyət o qədər adi hal almışdır ki, Edinburqda gecə küçəyə çıxmaq məcburiyyətində olan hər kəs, başına bir oturağın boşaldılmasının qarşısını almaq üçün, davamlı olaraq "heed your handle" (əlindəkinə diqqət et) deyə qışqırmaq məcburiyyətində qalırdı.

Deyilənlərə görə, fransızların ətir icad etmələri məhz bu səbəblə bağlıdır . Diqqət etsəniz, hər ətirdə "Eau De Toilette" yazısı var. Mənası “tualet suyu” deməkdir. Avropalılar tualletdən çıxdıqdan sonar, ətir istifadə edərlərmiş, yəni "yuyunmuruq, amma bir az gözəl iylənərik" deyərlərmiş.

Fransızların Louvre muzeyində Osmanlı ətir arxivi mövcuddur. Osmanlıların sahib olduğu dəyərlərdən biri də dünənini geridə buraxmış Avropa dövlətləri idi ki, bu gün bizim də onlara söylədiklərimiz “unudulmuş” kimi hesab edilə bilir.

Gözəl qoxunun sənət halına gəldiyi Osmanlı əsərlərində, ənənə olaraq qonağın xarici dövlət elçisi və ya qonşu olmasına baxmayaraq, gülsuyu və buxur ikramı ilə qarşılandığı bildirilir. Mövlud, qarşılıq, həcc qarşılanması və digər dini toplantılarda gül suyu tökmə adəti hələ də davam etdirilir.

Güldən istifadə yeni inşa edilən və ya təmir edilən məscidlərdə gül suyu ilə yuyulması adəti mövcud idi. Gül suyu həm də Osmanlı mətbəxinin bir parçası idi. Güllaç, su muhallebisi, güllabiyə və şərbətləri misal göstərmək olar. 

Tarixi mənbələrdə dəri və göz xəstəliklərinə qarşı dərman olaraq gül yağının istifadə edilməsi barədə məlumat var. 

Xəttatlar Qurani Kərimi yazarkən, istifadə edilən mürəkkəbin müşk və əmbərdən yazdıqları əlyazmalar bu gün də xoş qoxularından hiss edilirlər. Osmanlılar, gözəl qoxunun adamı sakitləşdirəcəyinə inanırdılar. Bəzi araşdırmaçılar, Osmanlıda qoxu mövzusunun dövlət siyasəti olmasından belə bəhs edir. Topqapı sarayında qoxu arxivi yaradıldığını bilirik. (Fransanın Luvr Muzeyində isə Osmanlı qoxu arxivi mövcuddur).

Şərq tarix boyunca bütün dinlərin və mədəniyyətlərin beşiyi olmuşdur. Türklərə məxsus çox dəyərli, zaman-zaman tarixin süzgəcindən və təlatümlü dövrlərindən keçmiş bəşəri ənənələri, İslam əxlaqını əsas götürərək qurmuş olduğu dövlət və idarəetmə sistemi, mədəniyyəti Avropa və dünya ölkələri üçün həmişə bir nümunə olmuşdur.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti