jalə Mütəllimova

Mən o oğlanı görməmişəm. Özünün başına gələnlərdən sonra yaddımda qalıb. İndi təkrar gündəmə gəlib deyir ki, seçicisi olmadığı millət vəkili ona “seçicim deyilsən” söyləyərək iş tapmaq üçün yardımdan imtina edib. Ayaqlarını itirməklə az qala fəxr edirdi onda. Amma sonra anası bir fəryad qopardı ki, “ay oğlumu mənə 80 santimetr qaytaranlar, bu uşağa dəstək olun”. 

Bundan sonra özümüz haqda anladığım ancaq bu oldu ki, yekə-yekə danışıb, elə o boyda da vəd verib, ahıllarımız demiş, şikilimiz kadra düşəndən sonra aradan çıxanlardan başqa heç nə deyilik. Biz bizə görə yarısını itirən o əsgərləri layiq olduqları kimi sahiblənmirik. Nə dərdlərinə, nə özlərinə, nə dövlətə, bir sözlə, dəyər olan heç nəyə sayğımız qalmayıb. Anlayırsan ki, pulun çox şeyi üstələdiyi cəmiyyətlər sırasındayıq. Başa düşürsən ki,  bu həm də  dövlət üçün əlindən, ayağından keçən, başını qurban verməyə hazır olan adamlara bu dövləti söydürmək cəhdidir. Dövlətlə vətəndaşı qarşı-qarşıya qoymaqdır. Anladığına da inanmaq istəmir adam. “Hələ bizə ümid var” düşüncəsi qoymur inamın itsin. 

Bir də 80 santimetr məsələsi. Oğlunun evə 80 santimetr qayıtmasından dəhşətə gələn ana. O yazıq qadını görsəydim, deyərdim ki, əziz ana, indi Azərbaycanda, demək olar ki, hamı elə 80 santimetrdir. O 80 metrliklər içində sənin oğlun başı uca olanlardandır. Bizsə kimi pulsuzluqdan, kimi işsizlikdən, kimi pulunun çoxluğundan 80 santimetrdir. Sadəcə, sənin oğlunla şəkil çəkdirməyə gələndə boyları bir az uca görünür. O da sənin oğlunun ucalığıdır, onlara da sıçrayıb.  Və bir də şəkil demişkən, adam istəyir ki, pisdən, yaxşıdan ad qazanan hər kəsdən bir ricada bulunsun, desin ki, Allah eləməmiş, bir gün başınıza qəzavü-qədər gəlsə, qoymayın kimsə gəlib yanınızda durub sizdən öz reklamı üçün əyani vasitə kimi istifadə eləsin. Sonra da orda -burda göstərib desin ki, “mən olmasaydım ölmüşdü”. Çünki hər yerdə bu sözü deyənlərin telefonuna siz zəng eləyəsi olanda, ona həmişə zəng çatmayacaq. Sözün bütün mənalarında. 

Bir də milli ordumuzun indi çarəsiz qalan o əsgərinə “seçicim deyilsən, kömək edə bilmərəm” deyən o millət vəkilinədir sözüm. Cənab vəkil, siz o sözü demisiniz, ya yox, dəqiq bilmirəm. Amma ən azından nə demisinizsə o biçarə əsgərin sizdən anladığı öz dediyi söz olub. Bir də faciələr yaşayan insanların sözünü, sirrini, dərdimi hamının qabağında faş eləmək olmaz. Bunun ona nə qədər mənəvi zərbə ola biləcəyini düşünün. Və ayrıca “yardım edəcəyimə, pul verəcəyimə, sovqat göndərəcəyimə söz vermişəm” açıqlaması da xilas deyil. Siz o kürsüdə o üzdən varsınız ki, həmin əlil gəncin oturduğu arabanın arxasına keçib ona tapdığınız  iş yerində yoldaşlıq edəsiniz. Bu utanc gətirən iş deyil. Bu əsl işdir, iş. Dövlətin, vətəndaın, məmurun başını dik edəcək iş!..

Bircə təklifim  də var: insanları diəlnçi, payyığan, səfil kimi görməyin. Onlar hər şey barədə az məlumatlı, lap cahil də ola bilərlər, amma onlara ələbaxımlıq öyrətməyin. O qazi oğlanın sadəcə ayaqları yoxdur. Ağlı, şüuru, düşüncəsi yerindədir. Ona işə düzəlmək üçün kömək eləyin. Nə də olsa o ayaqlarını itirməklə sizə, bizə, özümüzü reklam eləməyə imkan vermiş biridir.

Yox, əgər alınmırsa, hamılıqla zəhmət çəkib o adamın itirdiyi ayaqlarını tapın verin özünə. O da gedib yenə də sizlərin tikdiyi binalarda, rəhbərlik elədiyiniz şirkətlərdə yükdaşıyan, fəhlə-filan işləyib fiziki qüsurlu atasını saxlamaq üçün anasına kömək olsun...

Yoxsa “oğlumu mənə 80 santimeti qaytardınız” deyən ananın ahı tutar adamı...

Musavat.com


Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti