Eldəniz Quliyev

“Cənnət görmək istəyən... həbsxanaya girsin!”

(General  Hüseyn Əlixanov  təxminən buna bənzər tarixi ( bəlkə də misilsiz) bir fikir səsləndirib...)

Deyirəm, məmurların hərdən belə məzəli  açıqlamaları olmasaydı, yəqin ki, darıxardıq. Bəzi generalların, ilk növbədə  Hüseyn Əlixanovun, serjant təfəkkürü ilə ictimaiyyətə gülməli-qıdıqlı nağıllar söyləmələri olmasaydı, hətta lap dilxor da olardıq.”Təcridxanaya düşənlər buranı elə sevirlər ki, heç çıxıb getmək istəmirlər, gedənlər də arzu edirlər ki, yenidən  bura qayıtsınlar!” Vay, dədəm vay, nənəm vay!

Bildiyiniz kimi, onun bu  bəyanatından sonra həbsxanalara, zindanlara, türmələrə düşmək üçün penitensiar xidmətin baş ofisinin qarşısında uzun-uzadı bir növbə yaranıb... Deyilənə görə, növbədə bir neçə nəfərin halı pisləşdiyindən onları təcili surətdə xidmətin Avropa standartlarına uyğun “medsançast”ına, bir neçə, canını Allaha tapşıranları isə meyidxana obyektinə aparıblar...

Arvad-uşaqla, yəni “optovoy” şəkildə gələnlərə də içəri növbəsiz keçməyə icazə vermirlər. İndiyə qədər bir-birinin ətini didməyə hazır olan  bəzi müxalif partiyaların bəzi görkəmli-görkəmsiz nümayəndələri isə bu əlamətdar hadisə münasibəti ilə öpüşə-öpüşə, qucaqlaşa-qucaqlaşa səbirsizliklə içəri düşmək xoşbəxtliyini gözləyirlər... və elə ayaqüstəcə müxtəlif seçki blokları, koalisiyaları yaradırlar!..

Məmurlar, yüksək kalibirli dövlət nümayəndələri də içəri keçməyə uğursuz cəhdlər göstərirlər. Möhtəşəm növbədə rüşvət verib içəri keçmək istəyənlərə qarşı amansız mübarizə strategiyası sərgiləyən “xalq drujinaları” yaradılıb...  

Babalı deyənlərin boynuna, guya, kars əzabları və rezin dubinka zərbələrindən, habelə söyüş, şapalaq və təhqirlərdən olmazın ləzzətini alan bir neçə mazaxist QHT nümayəhdələri, içəri buraxılmayacaqları təqdirdə özlərini on nömrə sapla  əncir ağacından asacaqlarını bəyan ediblər. Bu tələbə tuberkulyoza yoluxmaq arzusuyla alışıb-yanan bir qrup idmançı da qoşulub. Atasız doğum möcüzəsinə inanan TQŞ, yəni “Tərbiyəli Qızlar Şurası” da Məryəm ananın azəri türkü olduğunu sübut etmək məqsədilə, bütün varlıqları ilə içəri can atırlar.

Kosmanavt təki, boğula-boğula havasızlıq şəraitində uçmaq üçün sino gedən bir-iki dəstə “başdan xosunbayı” nəzərə almasaq, indiyə olan real, daha dəqiqi, irreal vəziyyət bundan ibarətdir! Bəzi ağzıgöyçəklər şaiyə yayıblar ki, guya ölkə başçısı Almaniyaya son səfərindən elə pəjmürdə olub ki, nağılbaz Anara... bağışlayın, Hüseyn Əlixanova təcili bir teleqram göndərib və  qeyd edib ki, mən yolüstü Davosda qartopu oynayıb gələnə kimi mənim üçün qəşəng  təcridxanaların birində gözəl bir kamera “bron” eləyin! Karserli-filanlı. İsti suyu olmasa da, çalışın həftədə bir dəfə soyuq suyu gəlsin. Kondisioneri olmasa da, heç olmasa “fortoçkası” olsun! 

Ancaq fakt budur ki, doğruçu (ya yalançı) teleqram hörmətli-izzətli generala yetişməyib. Çünki  bu arada Hüseyn Əlixanovu yalvara- yalvara və israrlı “mən ölüm, gəlin” xahiş-minnətlə məşhur Qabrovaya dəvət ediblər və o, hazırda ölkədə deyildir. Qabrova əhli isə yenə də deyilənlərə görə, onun çıxışına qulaq asmaqdan ötrü pampers axtarışındadılar. Əhli-Qabrova iddia edir ki, qəh-qəhə və şaqqanaq çəkib gülən, yəni uğunub  tamam özündən gedən adam bəzən özünü saxlaya bilmir və altını... ö söz eləyir!.. Bu səbəbdən mister Əlixanovun çıxışlarına pampersiz qulaq asmaq, ac pələngin ağzına pomada çəkmək kimi təhlükəli bir şeydir...

Şəki camaatı isə etiraz mitinqlərinə start veriblər. Yəni,"hörmətli cənab general birinci səfərini Şəkiyə etmək əvəzinə, nə səbəbə durub uzaq Qabrobaya  gedib?!".

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti