Nərmin Kərimzadə

İslam dini gözəl olan hər şeydir, buna görə də əsl müsəlman dünyadakı bütün gözəllikləri, müasirlikləri öz üzərində daşıyır. Bu fikrim sizə qəribə gələ bilər. Çünki indiyə kimi bizə saqqallı, uzun paltar geyinən, musiqi dinləməyən, gülməyən, elmdən uzaq, qəmgin, ətirdən istifadə etməyən və s. müsəlman obrazları təqdim edilib və bunlar təqva, iman əlaməti kimi göstərilib. Yəni bu qaydalara daha çox əməl edənlər sanki daha çox dindar və müsəlmandırlar. Bir çox bilikli, ağıllı, müasir gənclər də belə obrazları görüb dindən uzaq dururlar. Belə dindar olmaqdansa, kafir və ya ateist olmağı üstün görürlər.

Halbuki bu, belə deyil. Müsəlman dünyanın ən müasir, ən gözəl geyinən, ən elmli, ən müasir insanıdır. Keyfiyyətli insan Quranda mömin simasında təqdim edilir. Hz.Adəmdən  Peyğəmbərimizə (səv) qədər bütün İslam təmsilçiləri- hz.Nuh, hz.İbrahim, hz.Yaqub, hz.İsmayıl, hz.Davud, hz.Süleyman, hz.İsa kimi bütün peyğəmbərlər öz dövrlərinin ən keyfiyyətli, ən müasir, ən seçilmiş insanları olublar. Şübhəsiz ki, Allah`a olan sevgi və hörmətdən dolayı üstün ağıla sahib bütün peyğəmbərlər dövrümüzdə yaşasaydılar, yenə də dünyanın ən keyfiyyətli, ən müasir insanları olardılar.

Allah gözəldir, buna görə, gözəl olanı sevir. Gözəlliyə, müasirliyə olan istək insanın fitrətində yaradılıb. İnsan gözəl mənzərə görəndə, gözəl quş, yaxud gözəl insan görəndə mütləq dönüb ona baxır, gördüyü gözəllikdən zövq alır. Yaxud hər kəs gözəl məkanda yemək yeməyi, gözəl parkda gəzməyi çox sevir. Bütün gözəllikləri Allah`ın təcəllisi kimi görən əsl müsəlmanlar, əlbəttə ki, bu gözəlliklərdən çox zövq alır, hər gördüyü gözəlliyə görə Allah`a şükür edir, gördüyü gözəlliklər ona Cənnəti xatırladır, Cənnətə olan istəyini artırır. Allah  Quranda bizə Cənnəti gözəlliklər diyarı kimi təqdim edir.

Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir. (Quran,9/21)

Deməli, əsl müsəlman müasir insandır, vaxtının dəyərini bilən insandır. Gördüyü gözəlliklərdən zövq alan, hər tərəfdə gözəlliklər yaratmağa çalışan, dünyanı Cənnətə çevirmək istəyən insandır. Elmlə məşğul olan, hər zaman müasir texnoloji yenilikləri izləyən insandır. Əsl müsəlman böyüklərinə hörmət edən, ağıllı, dünya görüşlü, estetikadan zövq alan, gözəl sözlü, incə düşüncəli, şəfqətli insandır. Əsl müsəlman insanların problemlərinə biganə yanaşmayan, köməklik göstərən, onların xoşbəxtliyini, rahatlığını, təhlükəsizliyini hətta özündən də çox istəyən və bunu təmin etmək üçün cəhd edəndir.

Əlbəttə, bu keyfiyyətlərin sayını daha da artırmaq olar. Keyfiyyətin sərhədi yoxdur. İnsan hər gün əxlaqını, şəxsiyyətini, davranış və rəftarını daha da gözəlləşdirə bilər. Ağlını, mədəniyyətini,  elmini daha da artıra bilər. Təfəkkürünü dilədiyi qədər dərinləşdirə bilər. Bunlarla yanaşı, digər bütün xüsusiyyətlərin inkişafının, bir sözlə, keyfiyyətin sərhədi yoxdur. Şübhəsiz, hər şeyin daha gözəli, daha yaxşısı, daha üstünü var. Çünki hər şey uca Allah`ın sonsuz sifətlərinin təcəllisidir. Buna görə də Allah`ın yaratdıqları üzərindəki təcəllisinin heç bir sərhədi yoxdur.

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti