Ceyhun Nəbi

Azərbaycan böyük coğrafi və strateji əhəmiyyətə malik bir məkandır. Bu gün dünyanın geopolitik düzənini müəyyənləşdirən super güclər, öz plan və proqramlarında Azərbaycana xüsusi önəm verirlər. Azərbaycan yerləşdiyi məkan həm Avropa ilə, həm Rusiya ilə, həmdə ki, yaxın Şərqin söz sahiblərindən biri olan İrana çıxış imkanları yaradır. Azərbaycanın yerləşdiyi bu məkan bundan yana çox əhəmiyyətli və cəlb edəndir. Buna uyğun olaraqda Azərbaycan NATO üçün hansı imkanları yaradır və nə dərəcədə əməkdaşlıq prespektivləri var bu müstəvidə təhlilər aparmaq istəyirəm. NATO bildiyimiz kimi müasir dünyada mövcud olan, üzv olduqları dövlətlərin hərbi siyasi təhlükəsizliyini qoruya biləcək ən etibarlı və ən güclü hərbi-siyasi təhlükəsizlik ittifaqıdır. Dünyada ən müasir, ən böyük silah-sursat təchizatına və maliyyə büdcəsinə sahib hərbi qurumdur. Ətrafında birləşdirdiyi dövlətlərlə müharibələri yox, sülh missyasını həyata keçirir. münaqişəli ərazilərdə sülhü bərpa edir, işğalçıları, insanlığa zidd əməllərin sahiblərini zərərsizləşdrir, sülh naminə həyata keçirilən hərbi əməliyyatları dəstəkləyir, NATO çərçivəsində və ondan kənarda. NATO bu missyasında müəyyənləşdirdiyi proqram və digər yüksək əhəmiyyətli sənədlərində Azərbaycanın önəmini önə çəkir. Bunun əsas səbəb kimi İran və Rusiyanın sülhə təhdid rolunu oynaması, seperat meyllər yaradan, ona dəstəkçi qismində iştirak bu dövlətlərin əl qolunu bağlamaqdır. NATO regionu qorxu və təhdid altında regional güclərə qarşı öz hərbi bazalarını yerləşdirməklə regionun hərbi, siyasi və iqtisadi təhlükəsizliyini təminatında maraqlıdır. Əlbəttə ki, Azərbaycan NATO-nun müəyyənləşdirdiyi tələb və şərtləri icra etdikdən sonra. NATO tək Qafqaz region yox, başqa qeyri-normal vəziyyətdə olan, ekstermal situasiyanın mövcud olduğu regionlarda təhlükəsizliyin təminatında Azərbaycanın rolunu artırır. Əfqanıstan, İraq, Suriya və digər ölkələrin ərazisində sülhün bərpası üçün Azərbaycanın rolunu yüksək qiymətləndirir, oz genişlənmə planında Azərbaycanı ön yerlərdə görür. NATO Azərbaycanda quracağı hərbi bazalar hesabına Qafqaz regionuda daxil olmaqla Yaxın Şərq, İran, İraq, Mərkəzi Asiya regionuna nəzarəti həyata keçirəcək. Bundan NATO nə fayda görəcəksə onun 50 % -İ Azərbaycanın xeyrinə olacaq. Ən əsası isə Azərbaycan təhlükəsiz şəraitdə yaşayacağına əmin olacaq, ona qarşı təhdidlərin qarşısında NATO kimi hərbi-siyasi güc dayanacaq. Necə ki, Pribaltika dövlətləri kimi, artıq Rusiya oraya girmək cəsarətinə sahib deyil.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti