|
Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı işlərə start verilib.
Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, layihə çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilir.
Yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq 0,5-1,5 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi aparılır.
2 qat olmaqla yolun 170 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub.
Bundan başqa, layihə çərçivəsində mövcud 3 körpünün təmir-bərpası işləri də həyata keçiriləcək.
Qeyd edək ki, Ağsunun 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi başa çatdıqdan sonra 8 min nəfər əhalinin rayon mərkəzinə və Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxışı mümkün olacaq.