|
Azərbaycan bankları dollarda olan kreditlərin restrukturizasiyası (ödəniş müddətinin dəyişdirilməsi) prosesinə başlayır. Məqsəd manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar kredit ödənişinin gecikdirilməsi hallarının artmasının qarşısını almaqdır.
Trend-in məlumatına görə, bir sıra banklar artıq gələn həftədən tədbirlər planının reallaşdırılmasına başlayacaqlar. Xatırladaq ki, Mərkəzi Bank kommersiya banklarının rəhbərləri ilə dünənki görüşdə onları müştəriləri dəstəkləməyə, onlarla davranış üzrə düzgün metdoları seçməyə çağırıb.
Öz portfelində dollarda olan kreditlərin restrukturizasiyası haqqında qərar qəbul edən banklardan biri də "Amrahbank"dır. Bank artıq öz müştərilərinə istehlak kreditləri üzrə şərtlərə yenidən baxılması ilə bağlı təkliflə müraciət edir. O cümlədən, bank müştərilərinə istehlak kreditləri üzrə faiz dərəcələrini 29-dan 17 faizədək azaltmağı, həmçinin kredit ödənişi müddətinin artırılmasını təklif edir. Hər bir müştəriyə borcların qalığından asılı olaraq fərdi yanaşlılır.
Qeyd edək ki, kreditlərin restrukturizasiyasına hazırlaşan banklar arasında PAŞA Bank, DəmirBank, Bank VTB (Azərbaycan) və digərlərinin adını çəkmək olar.