|
Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisi növbəti sessiyasını keçirib.
KXCP-nin mətbuat xidmətindən Teleqraf.az-a verilən məlumata görə, Ali Məclisin sessiyası Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb. Sessiyada təşkilati məsələlərə baxılıb, partiyanın Mərkəi Seçki Qərargahının Azərbaycan Respublikası Milli Məclisinə 01 noyabr 2015-ci ildə keçirilən seçkilərlə bağlı arayışı dəyərləndirilib və KXCP sədrinin ictimai-siyasi vəziyyətlə bağlı məruzəsi dinlənilmişdir.
Ali Məclis sessiyasının katibi seçilmiş və Ali Məclisin tərkibi tam formalaşdırılıb.
Sessiyada KXCP Ali Məclisinin “İnsan haqları və demokratiya” və “Sosial iqtisadi siyasət” komissiyaları yaradılıb.
KXCP Mərkəzi Seçki Qərargahının sədri Bəybala Əbil MSQ-nın 01 noyabr 2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə bağlı Arayışını sessiya iştirakçılarının nəzərinə çatdırıb. Arayışda parlament seçkilərində “AZADLIQ-2015” siyasi partiyalar blokunun fəaliyyəti haqqında ümumi məlumat verilmiş və KXCP rayon (şəhər) şöbələrinin fəaliyyəti qiymətləndirilmişdir. Ali Məclis MSQ-nin Arayışnın partiyanın seçkilərlə bağlı gələcək fəaliyyətində nəzərə alınmasını məqsədəuyğun hesab etmişdir.
Sessiyada KXCP sədri Mirmahmud Mirəlioğlu İctimai-siyasi vəziyyətlə bağlı məruzə edib. Məruzədə dünyada müharibə təhlükəsinin güngən-günə artdığı, ölkədə isə bütün sahələr üzrə dərin böhran vəziyyətinin yarandığı qeyd edilmişdir. Böhran təkcə maliyyə və iqtisadiyyatı deyil vergi-gömrük sistemi, təhsil, səhiyyə, hüquq-mühavizə sistemi, xarici siyasəti büövlükdə idarəetməni iflic vəziyətə salmış və bu proses dəhşətli şəkildə dərinləşir. Hakimiyyətin böhranın qarşısını almaq üçün ciddi bir proqrama malik olmaması, sadəcə görüntü xarakteri addımlar atması cəmiyyətdə ümidsizlik və xaosun yaranmasına səbəb olur. Hakimiyyət orqanlarının gerçək vəziyyəti başa düşməməsi vıziyyəti hər gün dahada gərginləşdirir və çıxılmaz hala gətirir. KXCP sədri böhranla bağlı müxalifət təşkilatlarının və ictimaiyət nümayəndələrinin yaratdığı Anti-böhran koalisiyası haqqında məlumat vermiş, koalisiyanın qəbul etdiy sənədlər, keçirdiyi tədbirlər və gələcək fəaliyyəti ilə bağlı fikirlərini sessiya iştirakçılarına çatdırmışdır. Məruzəçi yalnız xalqa söykənən siyasətlə vəziyyətdən çıxmağın mümkünlüyünü xatırlatmış, bunun üçündə siyasi təşkilatların, o cümlədən KXCP-nin təşkilatlanması və üzvlərimizin yerlərdə fəallığının artırılması, xalqın bütün təbəqələri ilə əlaqələrin yaradılması istiqamətində fəaliyyət göstərmələrinin zəruriliyini vurğulamışdır.
Sessiya iştirakçılarından Vəkil Atakişiyev, Azad Şəfiyev, Sudeyif Sadıxlı, Aytəkin İmranova, Ceyhun Səfərov, Elşən Əlisoy, Bəybala Əbil, Oqtay Güləliyev, Yaqub Babalı, Mirzəkulla Zəki və baəqaları məruzə ətrafında çıxışlar edərək təkliflər vermişlər. Ölkədə yaranmış böhranlı vəziyyətlə bağlın Ali məclisin bəyanatı qəbul edilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinə 01 noyabr 2015-ci ildə keçirilən seçkilərlə bağlı KXCP-nin Yekun Rəyi və Mərkəzi Seçki Qərargahının Arayışı Ali Məclisin rəhbərliyi tərəfindən kitabça şəklində çap edilərək sessiya iştirakçılarına və partiyanın rayon (şəhər) şöbələrinə paylanmışdır.