|
Daha öncə xəbər verdiyimiz kimi, Ankaradakı əməliyyatlar zaman yaxalanan keçmiş Kəşfiyyat İdarəsinin rəisi Ömər Altıparmak KCK əməliyyatlarının əmrinin Ərdoğandan gəldiyini deyib.
Teleqraf.az “Radikal”a istinadən xəbər verir ki, qanunsuz dinləmələrlə əlaqədar haqqında həbs qərarı çıxarılan Kəşfiyyat İdarəsinin keçmiş rəisi Ömər Altıparmak Ankara Polis İdarəsinə gedərək könüllü təslim olub.
Altıparmak təslim olmamışdan əvvəl polis idarəsi qarşısında jurnalistlərə açıqlama verib. Ömər açıqlamasında o vaxt baş nazir olan Rəcəb Tayyib Ərdoğanın müşaviri Yalçın Akdoğan vasitəsi ilə onlara əmr verdiyini bildirib. Öcalanın istəyi ilə haqqında həbs olunma qərarının çıxdığını iddia edən Altıparmak deyib: “17-25 dekabr əməliyyatlarından əvvəl hakimiyyət bizi təqdir edirdi. İndi birdən nə oldu axı? KCK (PKK terror təşkilatının şəhər quruluşu – red.) əməliyyatlarının təşkil edilməsi əmrini o vaxt baş nazir olan Ərdoğan şəxsən özü verib. O toplantıda mən də var idim”.
Fuad Avni yazmışdı
Bir müddətdir ki, “Tvitter” sosial şəbəkəsində Türkiyə hökuməti ilə əlaqədar şok açıqlama verən Fuad Avni adlı istifadəçinin kimli hələ də məlum deyil. Lakin o, demək olar ki, Türkiyə hökuməti tərəfindən nə cür addım atılacağına dair “Tvitter” bilgi verir. O, keçmiş Kəşfiyyat İdarəsinin rəisi Ömər Altıparmak və Ankara Polis İdarəsi Terrorizmlə Mübarizə İdarəsinin keçmiş rəis müavini Lokman Kırcılının yaxalanma qərarının çıxması barədə də öncədən yazıb.