Rusiyaya qarşı  uzun müddət  döyüşmüş  Çeçenistan İçkerya Respublikasının  Türkiyədəki  Fəxri Konsulu Mədət  Ünlünün qatili tapılıb.

Avropa.info xəbər verir ki,  Türkiyə  polisi   dünən  Murad Aluç  adlı  şəxsi  həbs edib. Ankara  polisi əvvəl  Ruslan Kamal adlı çeçendən şübhələnirmiş, lakin onun haqqında kifayət qədər dəlil olmadığı üçün sərbəst buraxılıb.

Muzdlu qatili geydiyi yaşıl qolsuz köynək ələ verib. Qatilin Dayı Murad ləqəbli  Murad Aluç olduğu müəyyənləşdirilib. Sözügedən şəxsin  residivist  biri olduğu öyrənilib. Şahidlər, Aluçunun  Çeçenistan   prezidenti  Ramzan Kadırovun adamları ilə görüşdüyünü bildirib.

MƏDƏT ÜNLÜ  NECƏ ÖLDÜRÜLÜB?

Sui-qəsd  2013-cü ilin may ayında  Çankayada, Balgat Məhəlləsində baş verib. Çətin Göbələk Teli Bulvarındakı   konsulluq bürosu  olaraq  istifadə etdiyi iş yerinə gələn  Mədət  Ünlü , naməlum şəxs və ya şəxslər tərəfindən silahla öldürülüb. Naməlum şəxslər ofisin qapı zəngini çalıblar. Namaz qılmaq üçün hazırlıq aparan Mədət  Ünlü qapını açdığı zaman təcavüzkarlar yanlarında gətirdikləri silahla yaxın məsafədən  ona  bir neçə əl atəş ediblər. Təcavüzkarlar hadisə yerindən qaçaraq izləri itiriblər.

Evə gəlməməsindən narahat olan  ailəsi, Ünlünün  mobil telefonunu  və iş yerinə zəng ediblər. Ünlünün telefonu açmamasından  narahat olan ailəsi, polisə məlumat  verib. Bundan sonra, ofisə gələn polis və ailə üzvləri Ünlünün cəsədini aşkarladılar.

MƏDƏT  ÜNLÜ   KİMDİR ?

Mədət  Ünlü , Türkiyədəki  çeçen diasporunun  rəsmi orqanlarla əlaqələrini koordinasiya edirdi.  Ünlü  ofisini eyni zamanda Çeçen İçkeriya Respublikasının konsulluğu olaraq istifadə edirdi və özü fəxri konsul idi. Mədət Ünlü  ömrünün böyük hissəsini, risk altında, mühacirətdə keçirdi.

Mədət  Ünlü , eyni zamanda  Rusiyanın Çeçenistandakı işğalına qarşı illərlə mübarizə aparan çeçen əsilli türk  iş adamı idi. O, Ramzan Kadırovun  "ölüm siyahısında" olan şəxslərdən hesab olunurdu.  Mədət Ünlü  Türkiyəyə gələn çeçenlərə yardım edirdi.  Ünlü  ABŞ-dakı Boston Marafonunda baş verən bombalı hücumlarla bağlı bir türk televiziyasında proqrama qoşulmuş, bombalı hücum hadisənin uydurma olduğunu, çeçen xalqını terrorizmlə əlaqələndirmək istədiklərini  bildirmişdi.

Mədət Ünlü həmçinin,  Çeçenistan İçkerya Respublikasının  ilk prezidenti Cövhər Dudayevin  "Türkiyəyə əmanəti" də sayılırdı.

 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti