Deputatlığa namizədlərdən 3 nəfərin işi ilə bağlı kommunikasiya mərhələsi başlayıb

Teleqraf.az-ın xəbərinə görə, 2010-cu ilin parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında daha 3 iş üzrə kommunikasiya başlayıb. Bunlar 79 saylı İmişli Seçki Dairəsi üzrə Tariel Şirinlinin (müstəqil namizəd), 11 saylı Qaradağ Seçki Dairəsi üzrə Bəybala Əbilin (Klassik Xalq Cəbhəsi Partiyası) və 43 saylı 3-cü Sumqayıt Seçki Dairəsi üzrə İbrahim Əhmədzadənin (müstəqil namizəd) şikayətləri üzrə işlərdir. Bu barədə məlumatı Hüquq Maarifçiliyi Cəmiyyəti verib. Məlumatda bildirilir ki, İ.Əhmədzadənin və T.Şirinlinin şikayətləri namizədliklərin qeydiyyatından imtina, B.Əbilovun şikayəti isə onun qeydiyyata alınmış namizədliyinin ləğvi ilə bağlıdır. Avropa Məhkəməsi hökumət qarşısında qoyduğu sualları cavablandırmaq üçün 2014-cü ilin dekabr ayının 18-nə qədər vaxt verilib.

İntiqam Əliyev avqustun 8-də həbs edilən zaman Baş Prokurorluq Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi onun rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində, onun yaşadığı mənzildə axtarış apardığı zaman ittihama aidiyyatı olan və olmayan bütün sənədləri, o cümlədən İ.Əliyevin həm fərdi qaydada, həm də HMC-nin xətti ilə aparılan bütün məhkəmə işlərinin materiallarını heç bir rəsmiləşdirmə aparmadan qovluq-qovluq, topa-topa kisələrə doldurub aparıblar. Həmin işlərin arasında Avropa Məhkəməsinin icraatında olan 100-dən çox şikayət, o cümlədən 2010-cu ilin parlament seçkiləri ilə bağlı 40-dan çox şikayət üzrə məhkəmə işlərinin materialları var. Prokurorluq HMC-nin ofisindəki və yaşadığı mənzildəki bütün kompyuterlər və digər informasiya daşıyıcılarını da apardığından şikayətçilər və onların vəkili faktiki olaraq əliyalın qalıb. İ.Əliyevin və vəkillərinin HMC-nin ofisində və mənzilində axtarış aparılan zaman qanunsuz götürülən məhkəmə işlərinin materiallarını qaytarılması barədə vəsatətlərini rədd edən istintaq orqanının qərarından verdikləri şikayətə Nəsimi rayon məhkəməsi sentyabrın 12-də baxaraq onu rədd edib.

İ.Əliyev artıq Avropa Məhkəməsinə vəkil dosyelərinin qanunsuz olaraq götürülməsi və bunun Məhkəməyə göndərilən şikayətlərin müddətlərin keçməsi ilə bağlı qəbulənliyi, kommunikasiyada olan işlər üzrə isə sənədlərin yoxluğu səbəbindən kommunikasiyada yaranan və gələcəkdə yarana biləcək problemlər barədə məlumat verib. Müraciətdə Məhkəmədən xahiş edilib ki, vətəndaşlarının Avropa Məhkəməsinə müraciətlərinin qarşısını alan hökümətdən qanunsuz addımlara son qoysun.

 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti