Türkiyə-ABŞ münasibətlərindəki gərginlik pik  həddə çatıb. 

 Teleqraf.az avropa.info-ya istinadən  xəbər verir ki, ABŞ-ın İŞİD-ə qarşı  təşkil etmək istədiyi koalisiyaya  rəsmi Ankaranın qoşulmaqdan  imtina etməsi, onsuz da son illər münasibətləri gərgin olan bu iki ölkənin  açıq şəkildə ittiham dili ilə danışmalarına rəvac verib. 

Qeyd edək ki, ilk olaraq  ABŞ tərəfindən başlanan və Ağ Evə yaxın medianın qoşulduğu anti - Türkiyə kampaniyası hazırda qarşılıqlı olaraq söz duelinə çevrilib. 

Türkiyənin ABŞ-a dəstək verməməsindən sonra, toplanan  ABŞ  Senatının Nümayəndələr Palatasının  Xarici Əlaqələr Komitəsində  rəsmi Ankaranın mövqeyinə  sərt və təhqiramiz  şəkildə qarşılıq verilib. Toplantıda çıxış edən konqresmenlər Türkiyənin aşkar şəkildə  Suriyada  "Nüsrət Cəbhəsi",  "Ahrarus  Şam", Fələstində "Həmas"a , Misirdə  isə "Müsəlman Qardaşları"na dəstək verdiyini  bildiriblər.

Bundan sonra  isə,  ABŞ-ın nüfuzlu "New York Times"  qəzeti,  ingilis və alman mətbuatının ardından , Türkiyənin İŞİD-ə dəstək verdiyini iddia edib.

ABŞ-ın  nüfuzlu  "New York Times" qəzeti  sensasion iddia ilə çıxış edərək, Ankaranın Hacıbayram məhəlləsində İŞİD-in ofisi olduğunu və təşkilatlanmanın məhz bu ofisdən idarə edildiyi bildirib. 

Xəbərdə prezident  Tayyib  Ərdoğan  və baş nazir Davudoğlunun  Ankaradakı  Hacı Bayram Vəli  məscidindən çıxarkən çəkilmiş fotoları  yer almışdı. Amma, bu fotonun İŞİD məsələsinə nə aidiyyətinin olduğu açıqlanmamışdı.

Türkiyəli ekspertlərin  isə, bu fotonu  ABŞ mətbuatındakı  islamafobiyanın təzahürü adlandırmışdılar. 

Məsələyə dünən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da sərt şəkildə qarşılıq verib. Ərdoğan Türkiyənin uzun illər boyu terrora məruz qaldığını və bəzi Qərb dövlətlərinin terrorçulara dəstək verdiyini deyib. Türkiyə prezidenti dolayısı ilə ABŞ-ın və Qərb dövlətlərinin PKK-ya dəstək verdiyini qeyd edib. 

Xatırladaq ki, hazırda Yaxın Şərqdə  İŞİD-lə  savaşan PKK-ya  Almaniya başda olmaqla bir çox Qərb dövlətləri  dəstək verdiklərini rəsmən etiraf ediblər. Müşahidəçilərin fikirincə, Rəcəb Tayyib Qərb dövlətlərinin terrora qarşı dəstək verdiyini  iddia edərkən məhz bu amili nəzərdə tutub. Rəsmi Ankara  sonrakı dövürlərdə PKK-nın əlində olan həmin silahların, Türkiyəyə qarşı çevrilməsindən narahatdır. 

Türkiyə prezidenti  həmçinin, "New York Times" qəzetini "alçaq və ədəbsiz" adlandırıb.

Rəcəb Tayyibin açıqlamasının həmən ardından ABŞ  dövlət katibi Con Kerri  Türkiyəni hədəfə götürən sensasion iddialarla çıxış edib. ABŞ Senatının Xarici Əlaqələr Komitəsində senatorların suallarını cavablandıran Kerri, Türkiyəni  İŞİD-in neft  satışına  vasitəçilik etdiyini deyib. Kerri eyni zamanda Rusiya , İran  və Çinin İŞİD-ə qarşı olduğunu deyib.

"İŞİD  neft  biznesini  Suriya ilə  sərhədi olan ölkələrlə  qurub. Bu o deməkdir ki, həmin ölkələr Türkiyə və Livandır. Türkiyənin  49 vətəndaşı İŞİD-in əlindədir. Bunu mətbuat önündə də danışmaqdadırlar."

Qeyd edək ki, Türkiyə  İŞİD-in əlində 49 konsulunun olduğunu əsas gətirərək, ABŞ-ın Yaxın Şərqdəki  koalisiyasına qoşulmaqdan imtina edib.

Türkiyədəki fikir adamları isə, ABŞ-ın İŞİD bəhanəsi ilə Yaxın Şərqi yenidən işğal etmək istədiyi və rəsmi Ankaranın bu planlara qarşı olduğunu bildirirlər. Həmçinin , Türkiyənin  İŞİD-ə qarşı döyüşən Bərzani, PKK, İraq hakimiyyəti gücləri ilə bir yerdə olmaq istəmədiyi də qeyd edilir.

 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti