|
İki amerikalı jurnalistin boynunun vurulması haqda ABŞ prezidenti Obama Estoniyada deyib ki, İslam Dövləti yaraqlıları ədalət qarşısında cavab verəcək.
O bildirib ki, Amerikanın “əlləri uzundur”, qatillər tapılıb, ədliyyə qarşısına çıxarılacaq.
Obama Sotloffun boynunun vurulmasını dəhşətli zorakılıq adlandırıb və deyib ki, islamçı yaraqlılara hava zərbələri davam edəcək.