|
Politoloq Zərdüş Əlizadə məxfi şəkildə ermənilərlə görüşəcək.
Bunu Teleqraf.az-a Gürcüstan azərbaycanlıları məlumat verib.Soydaşlarımızın xəbərinə görə sentyabrın 21-də Gürcüstanın Marneuli rayonunun (Borçalı bölgəsi) Təkəli kəndində Zərdüş Əlizadə ilə erməni QHT-nin nümayəndələrinin gizl görüşü olacaq.Bildirilir ki,görüş çox məxfi şəkildə təşkil olunur.
Azərbaycanlılarla ermənilərin görüşünün çox vaxt Təkəli kəndində keçirilməsindən narahat olan yerli əhali buna çox kəskin etirzlarını bildirirlər.Belə ki,görüşlərin məhz bu kənddə təşkil edilməsinə görə Gürcüstanda yaşayan azərbaycanlıların bu kəndə qarşı münasibətləri mənfi şəkildə dəyişir və yerli əhaliyə bu haqda daima narazılıqlar bildirilib.Təkəli kəndinin əhalisi, özlərinin də bu görüşləri nifrətlə qarşıladıqlarını bildirir,lakin əllərindən heçnə gəlmədklərini qeyd edirlər.Kənd sakinləri Azərbaycan dövlətindən bu tip adamların,bu tip görüşlərin qarşısını alınmasını istəyirlər.