|
Türkiyədə hakim partiya olan AKP-nin yeni sədri rəsmən bəlli olub.
Teleqraf.az xəbər verir ki,Türkiyənin hakim patriyası olan AKP-nin qurultayında başqanlığa alternativsiz namizəd olan Xarici İşlər Naziri Əhməd Davudoğlu 382 səslə bu partiyanın rəhbəri seçilib. Bu da o deməkdir ki, o, həm də Türkiyənin yeni Baş naziridir. Yaxın günlərdə prezident Ərdoğan ona yeni Nazirlər Kabineti qurmaq vəzifəsini həvalə edəcək.