“Bu fakt mənə bu həbsxana divarları arasında elə bir fərəh hissi yaşatdı ki, illər öncəsinə, Azadlıq Meydanına qayıtdım”  

Hazırda həbsxanada olan Azərbaycan Respublikası Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı prezident İlham Əliyevə müraciət edib. 

Pənahlı ailəsinin “Qafqazinfo”ya təqdim etdiyi müraciəti olduğu kimi təqdim edirik: 

“Bu müraciəti sizə Qobustan həbsxanasının divarları arasından yazıram. Səmimi etiraf edirəm ki, müraciəti yazarkən zərrə qədər belə tərəddüd etməmişəm. Çünki, bu müraciət mənim vicdanımın səsidir və mən onu susdurmağı heç vaxt nə istəməmişəm, nə də bacarmamışam. Artıq 4 ilə yaxındır ki, məhbus həyatı yaşayıram. Bu müddət ərzində çox böyük haqqsızlıqlarla, təzyiqlərlə üz-üzə qalmışam. Bütün şüurlu ömrünü mübarizəyə həsr etmiş və bu səbəbdən dünyanın 4 dövlətinin zindanında məhbus həyatı yaşamış bir insan olaraq deyə bilərəm ki, bu son 4 ildə gördüyüm haqqsızlıqların, təzyiqlərin, yaşadığım iztirabların bənzərini heç vaxt görməmişəm. Təbii ki, mən ağlım kəsən bir gündən özünə bir yol çizmiş bir insanam. Tutduğum bu yolun rahat, kəhkəşanlı bir həyatla uyğun gəlmədiyini də həmişə bilmişəm. Mənim üçün bu günə kimi çəkdiklərim də, bundan sonra çəkəcəklərim də tutduğum yolun bir parçasıdır və bunu təbii qəbul edirəm. 

Özümlə bərabər ailəm, övladlarım, yaxınlarım da iztirab çəkməyə məhkum olublar. Atam, anam mənim yaşadıqlarıma tab gətirə bilməyib dünyalarını dəyişiblər. Mənə valideynlərimin cənazələrini çiynimdə daşımaq belə nəsib olmadı. Bu, mənim üçün Allahın taleyimə yazdığı ən ağır imtahan idi. Sözsüz ki mən də insanam və tutduğum yolda bildiyim və bilmədiyim çox yanlışlarım olub. Amma tam əminliklə deyə bilərəm ki, mən yanlış ya da doğru nə etmişəmsə vətənimin və millətimin rifahını düşünərək etmişəm. Əqidəmə xəyanəti həyatım boyu ağlımın ucundan belə keçirməmişəm. Həyatım boyu bir tərəfdə dünyanın sərvəti, o biri tərəfdə isə məhrumiyyətlərlə dolu bir həyat olduğu halda mən həmişə ikincisini seçmişəm və bu, bu gün də belədir. Şəxsi mənafe heç vaxt mənim üçün önəmli olmayıb. Hansı siyasi lideri dəstəkləmişəmsə də, bunu vətənimin və millətimin xeyrini düşünərək etmişəm. 

Bu gün sizə Qobustan həbsxanasəndan yazdığım bu müraciət də mənim məhz əqidəmə sadiqliyimin nəticəsidir. Mən məhbus həyatı yaşadığım bu 4 il müddətində nə qədər cəmiyyətdən təcrid olunmuş olsam da bacardığım qədər mətbuatı izləməyə, ölkədəki siyasi durumdan xəbərdar olmağa çalışmışam və bu gün ölkəmizdəki siyasi durum məni sizə müraciət etməyə məcbur etdi. Biz illər öncə bir mübarizə başlatdıq. Milli Azadlıq mübarizəsi adlanan o müqəddəs mübarizəyə bütün gəncliyimizi həsr etdik. Bu mübarizənin uğruna şəxsən mənim yüzlərlə dostum, silahdaşım can verdi. Əldə etdiyimiz nəticə, qazandığımız nəaliyyət sözsüz ki, misilsiz oldu. 

Biz, çoxlarının təsəvvürünə belə gətirə bilmədiyi milli müstəqilliyimizi qazandıq. Şəxsən mən, Nemət Pənahlı, Milli Azadlıq Mübarizəsinə möhürünü vurmuş bir insan olaraq deyə bilərəm ki, Azərbaycanın istiqlaliyyəti mənim üçün dünyada hər şeydən, canımdan belə daha dəyərli və daha önəmlidir. Onun qorunub saxlanması üçün dünyada fəda edə bilməyəcəyim heç bir şey yoxdur. Ona görə də bu gün mənim ən böyük yanğım qəsb olunmuş torpaqlarımızın da azad olunmasıdır. 

Düşünürəm ki, bu gün Azərbaycanda illərlə gözlədiyimiz siyasi bir şərait yaranmışdır. Baş vermiş siyasi olaylar haqqda ala bildiyim qədər məlumatlara əsaslanaraq deyə bilərəm ki, bu siyasi fürsət torpaqlarımızın geri alınması üçün misilsiz bir şansdır. Müharibə havasının əsməsi ilə minlərlə Azərbaycan övladının könüllü olaraq savaşa qatılmaq istəyi bir daha sübut etdi ki, bu xalq hər şeydən daha çox ana-bacılarımızın qisasını almaq, şəhidlərimizin qanını yerdə qoymamaq arzusu ilə yaşayır. Bu fakt mənə bu həbsxana divarları arasında elə bir fərəh hissi yaşatdı ki, illər öncəsinə, Azadlıq Meydanına qayıtdım və “bəli” dedim, “mən bu xalqı tanıyıram, onu artıq bir dəfə Meydanda görmüşəm”. Onun əzəməti, onun cəsarəti ilə bağlı heç vaxt şübhəm və tərəddüdüm olmayıb. Dəfələrlə inamımı sındırmağa çalışsalar da həmişə əmin olmuşam ki, 88-ci ildəki kimi söz demək məqamı gələndə bu xalq öz sözünü deyəcək. 

Budur Cənab Prezident! Əminliklə deyə bilərəm ki, əgər bu gün Qarabağda müharibəni başladıb torpaqlarımızın geri alınması uğrunda səfərbərlik elan etsəniz bu cəmiyyətin bəlkə də ən narazı nümayəndəsi belə arxanızda duracaq. Əmin olun ki mən bunu elə belə, söz xatirinə demirəm. Mənim xalqım ruhumun və varlığımın bir parçasıdır. Onu hiss etməməm mümkün deyil. Ona görə də bu gün sizə bu müraciəti yazarkən Qarabağda müharibəni başladacağınız təqdirdə bütün cəmiyyəti, hətta ən qatı müxalifət nümayəndələrini belə sizə dəstək olmağa çağırıram. Əminəm ki, həqiqi mənada vətənini və millətini sevən hər bir kəs də mənim bu müraciətimi dəstəkləyəcək. Şəxsən mənə gəlincə isə Azərbaycan oğullarına qanlarımızı almaq fürsəti verərək xalqımızı bu şərəflə şərəfləndirəcəyiniz təqdirdə sizə hər şeyi, qanımı belə halal edirəm. Eyni zamanda 18 yaşı yenicə tamam olmuş, dörd gözlə müharibənin başlayacağı günü gözləyən böyük oğlumun da bu savaşa qatılmasından sadəcə bənzərsiz bir qürur hissi duyacağımı diqqətinizə çatdırmaq istəyirəm. 

Cənab Prezident! Əmin olun ki, bu tarixi fürsətin düzgün dəyərləndirilməsi bir millət olaraq bizə, bir dövlət başçısı olaraq da sizə əsrin ən böyüq müvəffəqiyyətini qazandıracaq”.

Teleqraf.az

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti