|
Türkiyədə baş verən son olayların təşkilatçılarının artıq bəlli olduğu xəbərləri gəlir.
Teleqraf.az-ın "Anadolu Ajans"-a istinadən verdiyi məlumata görə "çevriliş planı"-nı hazırlayan şəxs artıq bəlli olub.Bu bir müddət əvvəl vəzifədən azad edilən Türkiyə Silahlı Qüvvətləri Baş Qərargahının Ədliyyə müşaviri Polkovnik Muharrem Köşedir.Bundan əlavə Polkovnik Oğuz Akkuş,Minbaşı Erkan Ağın,polkovnik Doğan Uysal kimi yüksək rütbəli hərbçilərin olduğu bildirili.
Dəqiqləşdirilməmiş məlumatlarda,çevriliş cəhdi edənlərin bəzilərinin artıq həbs edildiyi qeyd olunur.