|
Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin Giresun vilayətinin Alucra mahalının Tohumluq yaylasında qəzaya uğradığı məlum olub.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 10 hərbçinin həlak olduğu, 20 vətəndaşın da yaralandığı bildirilib.
Həlak olan olanlar arasında əyalətin jandarma rəisi Mustafa Doğru da olub.
Qeyd edək ki, məlumatlar hələ ki, rəsmi olaraq təsdiqini tapmayıb.
***
Türkiyənin Giresun əyalətində hərbi helikopter qəzaya düşüb.
Helikopter Giresunun Alıcılar mahalının Toxumluq kəndində düşüb. İçində komandirlərin də olduğu 11 hərbçinin helikopterlə Giresunda şəhid ailəsini ziyarətə getdiyi deyilir.
Qəza zamanı helikopterdə olanlardan 1-nin şəhid olduğu, 2-nin isə ağır yaralı olduğu deyilir. Yerdə qalanların axtarışı davam etdirilir.
Qeyd edək ki, qəzaya səbəb havadakı duman olub. Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım maşınları sövq edilib.