|
Çexiya Prezidenti Milos Zeman deyir ki, parlamentdən ermənilərin bir əsr öncə Osmanlı türkləri tərəfindən öldürülməsinin “soyqırımı” kimi tanıyan qətnamə qəbul etməsini istəyəcək.
Zeman iyunun 8-də Yerevanda ermənistanlı həmkarı Serzh Sarkisian-la görüşüb. Sarkisian hələ 2014-cü ilin yanvarında Praqaya rəsmi səfər edən zaman Zeman ermənilərin 2-ci Dünya Müharibəsi zamanı öldürülməsini “soyqırımı” adlandırmışdı.
İyunun 2-də Almanina həmin qətlləri “soyqırımı” kimi tanıyan 23-cü ölkə olub.
Ancaq Türkiyə “soyqırımı” termininə qarşı çıxır, daha az sayda erməninin yerli çəkişmələrdə öldüyünü, yəni bunun Osmanlı dövləti tərəfindən planlaşdırılmadığını bildirir.